Gözəllik

Soyuq havalarda dəriyə qulluq necə olmalıdır?

Həm sağlamlığımızı, həm də gözəlliyimizi əks etdirən dəri mövsümi dəyişikliklərdən birbaşa təsirlənir. Sərt qış, temperaturun aşağı enməsi, soyuq və küləkli hava dərinin kifayət qədər nəmlənməsinin qarşısını alır. Daxili məkanlarda isə istilik sistemləri rütubəti azaldaraq dərini susuzlaşdırır.

Belə ki, qış aylarında daha həssas olan dəri soyuq havalarda qan dövranının yavaşlaması nəticəsində quruya və qabıq verə bilər. Bu həmçinin qaşınma və qızartıların yaranmasına da yol aça bilər. Bununla bərabər qış aylarına doğru daha durğun həyat tərzi, metobalizmanın yavaşlaması dərinin parlaqlığını itirməsinə və məsamələrin böyüməsinə səbəb ola bilər.

Bütün mənfi təsirlərə baxmayaraq vərdişlərimizi dəyişsək, qış mövsümündə də işıltılı, sağlam, nəmli bir dəriyə sahib ola bilərik.

Nələr etməliyik?

Həkim-kometoloq Zümrüd İsgəndərova qışda dərini qoruma yolları ilə bağlı xanımlara bir sıra tövsiyələr verib:

Zümrüd İsgəndərova, 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb və şüa diaqnostikası üzrə təcrübə keçib. Kosmetologiya üzrə 14 ilə yaxın iş təcrübəsi var.

Qış günəşindən qorunun

Soyuq havadan daha az təsirlənmək üçün çölə çıxarkən günəş qoruyucu xüsusiyyəti olan nəmləndirici krem istifadə edilməlidir. Həmçinin mümkün olduğu qədər açıqda qalan bölgələrin eynək, əlcək, şal ilə örtülməsi məqsədəuyğun olar.

Həkiminizlə məsləhətləşərək dərinizə uyğun nəmləndiricini seçin

Üzdəki quruluq, gözaltı qaralmaları, torbalaşma və matlaşma insanları daha yaşlı göstərdiyindən dərinizə uyğun bir nəmləndirici istifadə etmək önəmlidir. Dəri xüsusiyyətinə görə istifadə ediləcək nəmləndirici seçimi mütləq həkim məsləhəti ilə seçilməli, uyğun olmayan məhsulların dəriyə daha da zərər verəcəyi unudulmamalıdır.

Qidalanmanıza diqqət edin

Bol su içmək, təzə meyvə və tərəvəz yemək, qoz, fındıq, quru ərik və yerkökünü günlük rasyona əlavə etmək dərinin əlavə nəmlənməsini təmin edəcək.

Yun və sintetik geyimlərin dəri ilə birbaşa təmasından çəkinin

Yun və sintetik paltarların dəriyə birbaşa toxunmasının qarşısını almaq qaşınma və quruluğu azaldır.

Hər qış dərinizə kimyəvi peeling müalicəsi tətbiq edin

Hər qış tətbiq olunacaq kimyəvi peeling müalicələri dəriyə canlılıq verir. Belə ki, bu müalicə üsulu ilə ölü təbəqənin atılması təmin edilir və alt hissədən daha təzə, canlı və hamar dəri əldə etmək mümkün olur.

Qeyd edək ki, kosmetoloq Z. İsgəndərova həmçinin “Fotona” lazer aparatı vasitəsilə peeling prosedurlarını həyata keçirir. Bu zaman nəinki üz dərisinin üst səthinin soyularaq yenilənməsi həyata keçirilir, həmçinin lazer dalğaları dərin qatlara qədər nüfuz edərək dərini müalicə edir. Bu aparat ilə sızanaq və sızanaq izlərinin müalicəsi, dərinin gəncləşdirilməsi, fraksional dəri yenilənməsi, qalıcı epilyasiyalar, lipofilling, liposaksiya, inmode texnika və s. prosedurlar həyata keçirilir.

View this post on Instagram

A post shared by Dr. İsgenderova Zumrud (@dr.kosmetoloq_zumrud_) on

Əllərinizə qulluq edin

Yaşlanmanın qarşısını almaq üçün gündə 5-6 dəfə nəmləndirici kremlər istifadə edə bilərsiniz. Bu, həmçinin qış aylarında suya tez-tez məruz qalan əllərinizi qızartı və çatlardan qoruyacaq.

Dodaq quruması və çatlamasının qarşısını alın

Gündə 4-5 dəfə tətbiq edə biləcəyiniz nəmləndirici ilə dodaqlarınızı nəmləndirin və onların qurumasına və çatlamasına mane olun.

Tez-tez və çox isti su ilə yuyunmayın

Tez-tez yuyunmaq və bu zaman çox isti sudan istifadə etmək dəri yağlarını azaldır və dərinin daha çox qurumasına səbəb olur, bu da dəridə qaşınma, qızartı və quruluq yarada bilər.

Duş qəbul edərkən nəmləndirici xüsusiyyətli məhsullardan istifadə edin

Duş qəbulu əsnasında istifadə edilən məhsulların nəmləndirici tərkibli olması, xüsusi vanna yağlarının istifadə edilməsi və vanna sonrasında dəri nəmli ikən bir nəmləndirici balzamın bütün bədənə tətbiqi dəriyə ehtiyacı olan nəmi qazandıracaq.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa