Həyat tərzi

Dekabrda xoşbəxt olmağın 10 Yolu

Dekabr dünyanın böyük bir hissəsində Milad bayramının və yeni ilə hazırlıqların qeyd edildiyi bir aydır və əksəriyyətimiz bu ayda möcüzələr gözləyirik. Amma fərqində deyilik ki, ən böyük möcüzələrin yaradıcısı da bizlərik. Ən böyük hədiyyə sevgidir və insanlara sevgi, diqqət qayğı bəxş etmək lazımdır. Sevinc paylaşdıqca artan bir hissdir, bunu unutmayaq və daha fərqli bir dekabr yaşamağa hazır olaq.

1. Nənə-babaları, çox istədiyimiz uzaq qohumları ziyarət etmək

Sizə zəng edib desələr ki (Allah eləməsin!) bəs ən sevdiyiniz bir kəs rəhmətə gedib, üzülüb-ağlayacaq, sonra da işdən-evdən icazə alıb, onun yasına və ya qəbrinin ziyarətinə gedəcəksiniz. Bəs, doğrudanmı sizin onu ziyarət etməyiniz üçün o ölməlidir?

Dekabrda xoşbəxt olmaq üçün sevdiklərinizi ziyarət edin.

  1. Uşaqları – körpələri sevindirin

Bu dekabrda təkcə öz uşaqlarınızı deyil, fərqli körpələri də sevindirə bilərsiniz. Hətta əməkhaqqınızın bir hissəsinə oyuncaq, şirniyyat, kitab və ya geyim dəstləri alın, sonra hansısa metronun girişində Şaxta Baba geyimində onları balacalara paylayın. Çox pozitiv bir enerji alacaqsınız.

Bunu fiziki şəkildə etməyə cəsarət etmirsinizsə, onda layihələrə qoşulun və ən azı bir uşağı da siz sevindirin.

Şaxta Baba Ucqar Kəndlərdə | Santa Claus in Remote Villages

3 ildir uğurla həyata keçirilən “Şaxta Baba Ucqar Kəndlərdə” layihəsini bu il də start götürüb. Hədəf hər dəfə daha peşəkar, daha böyük marşrutla hərəkət edərək, daha çox uşağa hədiyyə çatdırmaqdır. Hər il olduğu kimi hazırlıq müddətində yeni hədiyyə və oyuncaqlar, pul ianələri qəbul olunacaq. Məqsəd kənd uşaqlarının nağıl dünyalarına rəng qatmaq, onları Şaxta Baba ilə görüşdürməkdir.

 

  1. Şəkiyə Piti yeməyə gedin

Soyuq havanın yeməyi pitidir və pitinin vətəni isə Şəkidir. Şəkini gəzin, Xan sarayını ziyarət edin, Kiş kilsəsinə qalxın, yanındakı balaca kafedə qızılgül mürəbbəsi isə çay için. Sonra Karvansaranı ziyarət edin. Bir az dağalara çıxın, təmiz hava alın və nəhayət çox acandan sonra bir ailəyə qonaq olun və piti yeyin.

 

  1. Nikbin ruhlu, duyğusal, gülməli video-çarxlar

Dekabrda neqativdən uzaq olan, insani hisslər aşılayan, xeyirxah əməllərə səsləyən çoxlu-sayda reklam-çarxlar çıxır qarşımıza, hər biri də əslində bizə bir insanlıq nsi yaradınümunəsidir, necə daha yaxşı bir insan ola biləcəyimizi göstərir.

  1. Yeni il əhval ruhiyyəli romantik komediyalar

Çox böyük çətinlik çəkmədən yeni illə bağlı klassika adını qazanmış romantik komediyaları, adi komediyaları izləyə, həmçinin dostlar ilə kino gecəsi təşkil edə bilərsiniz.

Yeni illə bağlı klassik filmlər: Home Alone (Evdə Tək), The Family Man (Ailə adamı), The Polar Express (Qütb Ekspressi), The Holiday (Tətil), Grinch (Qrinç), Love Actually (Həqiqi sevmək), Surviving Christmas (Miladda sağ qalmaq) və daha çox

Əgər baxmamısınızsa, bu filmi tövsiyə edə bilərəm

Bu il Bakıda olacaq premyeralar

 

  1. Gəzəyənlərin qış turlarına qatılın  

Növbəti həftəsonu  Gəzəyənlər Talıstana, Cavanşıq qalasının ziyarətinə gedir. Siz də təmiz hava ilə ciyərlərinizi doldurmaq, isti samovar çayı içmək, ektrim yaşamaq, yeni tanışlar əldə etmək, maraqlı oyunlarla tanış olmaq və nəhayət birkart qazanmaq istəyirsinizsə qoşula bilərsiniz. Gəzəyənlərin XXVI Yürüşü: Talıstanda Albaniya Hərəkatı

Qatıla biləcəyiniz digər turlar: 8 Dekabr – Backpack Azerbaijan: Əmbil Yürüşü   16 Dekabr – Dübrar dağ yürüşü -2205 

 

 7. “The Beatles Night” konsertinə qatılın 

Siz Liverpul dörtlüyünün ən sevilən hitlərini peşəkar qrupun ifasında eşidəcəksiz. İstirahət və şənliyə şərait yaradan canlı ifa,

Daha bir maraqlı tədbir isə Beynəlxalq Tanqo gününə həsr olunub.

YARAT Müasir İncəsənət Mərkəzi və E.L. CLUB de TANGO sizi Beynəlxalq Tanqo Gününü birlikdə qeyd etməyə, tanqonun tarixi haqqında daha çox şey öyrənməyə, musiqi və rəqsdən həzz almağa və əlbəttə ki, rəqslərdə iştirak etməyə dəvət edir. Ətraflı

8. İşdə və ya evdə Yeni il əhval-ruhiyyəsi

Mənim hər zaman Santa-Claus papağı taxmaqdan xoşum gəlib, amma bunu edərkən insanların sənə gülməyəcəyi yeganə ay – dekbardır. Müxtəlif – yolkalı, şaxta babalı, qar adamlı köynəklər. şərflər taxmaq olar, hətta ən ciddi iş geyiminə belə rəngli bir qalstukla gedib, özünüzə əhval-ruhiyyə yarada bilərsiniz.

9. Dağlarda qar gözəldir

Əgər Bakıda qar yoxdursa, özünüzü əsl qışda hiss edə bilmirsinizsə, bolluca qar yağan dağ kəndlərimizdən birinə gedin. Bunu hətta bir iki günlüyə, həftəsonunsa sala bilərsiniz, doyunca qartopu oynayın. Kameranı da unutmayın ki, bu dəfə bəyaz qar fonunda fərqli şəkilləriniz olsun.

10. Yeni ili gəzəyənlər ilə birlikdə qarşılayın

Qarlı-boranlı çılğın bir Yeni İl turu üçün bir az daha uzağa yola düşməyə hazırsınızmı?

Gəzəyənlərin III Xarici Turu: Soyuq Əllər, İsti Xaçapuri!

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa