Mənim hekayəm

Daun sindromlu Chelsea Werner:  Gimnastika arenalarından modeliyyə kimi gedən həyat

Gözəllik anlayışınızı dəyişməyə hazırsınız?

Chelsea Werner, Daun sindromu ilə doğulsa da, indi model olaraq ən gözəl simaya sahib 25 yaşlı gənc bir qızdır. Ailəsinin sayəsində, inkişafı üçün gimnastikaya başlayan Chealseanin müvəffəqiyyətlə dolu bir həyat hekayəsi var.

25 yaşlı Chelsea Werner, Daun sindromu ilə dünyaya göz açıb. Həyatını qızlarına həsr edən  ailə, Chealseani idmana yönləndirmiş və Chealsea gimnastikada daha uğurlu olmuşdu.

Chealsea, 4 dəfə Xüsusi Olimpiya Beynəlxalq Gimnastika Çempionatını, 2 dəfə də Dünya Çempionatını qazanmışdır.

Chealseanin sözlərinə görə o, öz gələcəyi üçün gimnastikaya başlayıb.”Yadıma düşdükcə gimnastikayla məşğul oluram” deyir və sözlərinə əlavə edir :
 
“Gimnastikanı həyatımın bir hissəsi kimi hiss edirəm. Həm də çox çalışmağıma və nizamlıi olmağıma  səbəb olur. Bu işdə uğur qazanmaq  üçün illərlə çalışmaq  lazımdır.”


“Daha çox təmsil edildikcə, nə qədər istedadlı olduğumuzu daha çox insan görəcək. “

Chealsea Werner, Daun sindromlu insanların yetərincə təmsil olunmadığını düşünür və deyir:  “Daha çox təmsil olunduqca, nə qədər istedadlı olduğumuzu daha çox insan görəcək. “

“Model olmaqda məqsədim, dünyada özümlə bağlı bir iz qoymaq istəyim idi.”


Modellik etməyə başlayandan sonra qorxularına qalib gəldiyini, bu sahədə ən böyük fərqlilik yaradaraq diqqət mərkəzində olacağını düşünür.

Chealsea, yaxın zamanlarda məşhur modellərlə iş birliyi olan WeSpeak agentliyi ilə  önəmli bir müqavilə imzalayıb.

Bu iş birliyindən sonra  Chealsea, bəzi böyük kompaniyalarda modellik etməyə başlayıb.


Bu reklamlardan sonra daha da məşhurlaşan Chealsea, Teen Voguenin üz qabığında yer alıb!

 Chealsea jurnalın yeni moda üzlərindən biri olaraq seçildi.

Chealsea Werner, öz təsirli həyat hekayəsi ilə moda sahəsində olan bütün stereotipləri qıracağına inanır. Chealsea, hər keçən gün daha da məşhurlaşır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa