Biznes ledi

DANIŞMADAN TƏSİR ALTINA SALMAQ YOLLARI

Qarşınızdakı ilə danışmadan qurduğunuz münasibətdə qazanmağın yollarını öyrənin.

Qarşınızdakı insanla danışmadan da ünsiyyət qurduğunuzu bilirdinizmi? Pilləkəndə rastlaşdığınız bir qadının yanından ötüb keçmək manevriniz, əsəbi olduğunuz birinin yanında qollarınızı çarpazlaşdırmağınız  və ya xoşunuza gələn biri ilə danışarkən vücudunuzun tamamilə ona tərəf dönməsi… Bu və ya bu tipli hərəkətlərimiz bizim düşüncələrimizi ifadə edir. Biz bu yolla ilk dəfə görüşdüyümüz insana danışmadan da xoş təsir bağışlaya bilərik. Bunun yolları isə belədir:

Bildiyimiz kimi, “Yerinə görə geyinmək lazımdır.” İş görüşlərinə və ya ilk dəfə biri ilə görüşəcəyiniz zaman daha gözəl görünmək istəyərkən, ona uyğun olmayan  geyimlə getsəniz məqsədinizə çatmayacaqsınız. İş görüşünə gedirsinizsə, neon rənglər və ya qabarıq aksessuarlarla qarşınızdakının fikrini dağıtmamaq üçün daha uyğun seçimlər edin. Həmçinin bəyəndiyiniz şəxslə ilk görüş zamanı, məhkəməyə gedirmiş kimi geyinməyiniz  münasibətinizin başalamadan bitməyinə səbəb ola bilər.


Bədən dilinə və duruşumuza fikir verməliyik. Çünki gün ərzində özümüzün də xəbərimiz olmadan belimiz bükülü dayanırıq. Çoxları üçün bu adı hal olsa da, sağlamlıqla yanaşı sosial həyatımıza da təsir edir. Ancaq özgüvənli və enerjili  insanlar dik duruşa sahibdirlər. İnanmırsınızsa, ilk dəfə gedəcəyiniz dost və ya iş görüşündə təcrübədən keçirə bilərsiniz. Hansında müsbət rəylər aldığınızın özünüz şahidi olacaqsınız.

Özgüvən önəmlidir! Səbəbini soruşsanız, normal həyatınızı düşünün: Yəqin ki, hər hansı bir toplantıya getdiyiniz zaman sönük insanlarla qarşılaşmısınız. Bu insanları daha sonra yolda görsəniz yadınıza belə düşməyəcək. Ancaq özgüvənli, ətrafına müsbət enerji yayan və özünə inamlı davranışlarıyla gülümsəməsini birləşdirən insanları tanımasanız belə diqqətinizi çəkər. Sonra qarşılaşdığınız zaman böyük ehtimalla yadınıza düşəcək.

Əgər sizdə özgüvən yoxdursa, o zaman nə etməliyik? Ürəyinizdə və ya güzgünün qarşısında dayanaraq “Mən möhtəşəməm!” və ya buna bənzər bir cümləni təkrarlasınız, bir müddətdən sonra buna inanmağa başlayacaqsınız.


Yeni müdiriniz və ya sevgiliniz olmasını istədiyiniz biri ilə  ilk görüş zamanı 2 şeyə fikir verməyiniz önəmlidir: Salamlaşma və göz kontaktı. Qarşınızdakı insanla  danışarkən gözlərinə baxmağınız, ona nə qədər dəyər verdiyinizin və diqqətlə dinlədiyinizin göstəricisidir. Əgər qarşınızdakı da eyni şəkildə qarşılıq verirsə, deməli hər şey qaydasındadır.

Salamlaşmağa gəldikdə isə dünya liderlərinin salamlaşdıqları zaman əllərini kameralar çəkdiyi tərəfə və üstə doğru qoymağa çalışdığını bilirdinizmi? Bu hərəkət gücün göstəricisi olduğundan Obama, dünyanın ən güclü lideri kimi görünmək üçün məhz bu cür salamlaşır. Bununla belə, bəzi qadınlar barmaqları, hətta barmaq ucları ilə salamlaşırlar. Bu çox yanlış bir davranışdır. Çünki özünüzün də xəbəri olmadan gücsüz görünəcəksiz. Qarşınızdakının əlini  tam tutub bir az sıxaraq gücünüzü göstərməyiniz sizin nə qədər iddialı olduğunuzu göstərər.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa