Biznes ledi

Margaret Thatcher: Dəmir Ledidən 20 maraqlı sitat

Cəsarətlə deyə bilərik ki, Margaret Thatcher bütün bəşəriyyət tarixinin ən güclü qadınlarından biridir. Heç bir çətinlikdən və problemdən qorxmayaraq, qarşısına çıxan bütün maneələri adlayaraq, o, Böyük Britaniyanın baş naziri postunda (primer minister)11 il davam gətirib, o, bu postu icra edən ilk və son illərə qədər tək qadın olsa da, Theresa May baş nazir təyin edilincə Tetçerin yeganə qadın nazir titulu əlindən çıxdı.

1Lady.az “dəmir ledinin” müdrik və dəqiq söyləmlərini bir araya toplayıb, bunlar xanım Tetçerin özündən sonra qoyduğu mirasın bir hissəsidir.

Dəmir Ledidən 20 maraqlı sitat

  1. Qadın öz xarakterini ortaya qoyanda onun haqqında “həyasız” deyirlər. Kişi xarakterini göstərəndə isə onun haqqında “yaxşı oğlan”dır deyirlər
  2. Məğlubiyyət? Mən bu sözün mənasını anlamıram.
  3. Ev təsərrüfatının idarəedilməsi ilə bağlı problemlərlə tanış olan hər bir qadın, bir ölkənin idarəedilməsi problemlərini anlamağa yaxındır.
  4. Xoruz yaxşı banlaya bilər, amma yumurtanı verən yenə də toyuqdur.
  5. Əgər sən sadəcə bəyənilmək üçün özünü kökləsən, sən istənilən şeydə və istənilən anda kompromissə getməyə hazır olacaqsan və heç nə əldə etməyəcəksən.
  6. Əgər siz nəyisə danışmaq istəsəniz – gedin kişi ilə söhbət edin. Amma nəyisə gerçəkdən etmək istəsəniz – gedin qadına tərəf.
  7. Ev qadın həyatının mərkəzi olmalıdır, amma onun sərhədləri evlə bitməli deyil.
  8. Mənə qarşı şəxsi həmlələrə sadəcə sevinirəm. Deməli, rəqiblərimin əlində digər siyasi arqumentlər qalmayıb.
  9. Düşmənini yaxşı tanımalısan, bəlkə bir gün onu dostuna çevirə bilərsən deyə.
  10. Hər şeyi açıq ürəklə etmək heç də ən yaxşı ideya deyil. Ürək bağlı qalmalıdır, belə olduqda o daha yaxşı funksiya göstərir.
  11. İqtisadi azadlıq olmadan başqa heç bir azadlıq mümkün deyil.
  12. Qayğılarmızın 90%-i heç zaman olmayacaq şeylər ilə bağlıdır.
  13. Ölkənin var-dövlətli olması üçün onun zəngin təbii resurslarının olması mütləq deyil. Hətta bu resurslar tamamı ilə mövcud olmasa belə bu var dövləti qurmaq olar. Ən başlıca resurs insandır. Dövlət isə insanların istedadlarının inkişafı üçün təməl yaratmalıdır.
  14. Qadınlar kişilərdən daha yaxşı “yox” deməyi bacarır.
  15. Bu gün qadınların özünü göstərmək üçün minlərlə şansı var: bizlərdən bəziləri hətta ölkələri idarə edir. Amma mən tam səmimi deyirəm, bizə réticule (qadın çantası) daha çox yaraşır, nəinki süngü.
  16. Bir qayda olaraq, 10 saniyə bəs edir ki, mən insan haqqında fikir yürüdüm və sonra bu fikir qəfil dəyişir.
  17. Bu gün nəzakət çox yüksək qiymətləndirilir, bax, üzsüzlüyün isə ümumiyyətlə qiyməti yoxdur.
  18. Məni tənqid edənlər, əgər Temzanın dalğaları üzərində addımladığımı görsələr belə deyəcəklər ki, bu sadəcə ona görədir ki,o üzməyi bacarmır.
  19. Həmsöhbətinlə ortaq dil tapmaq üçün, onunla razılaşmaq mütləq deyil.
  20. Qüdrətli olmaq elə – əsl ledi olmaq kimidir. Əgər siz bunu insanlara xatırlatmağa məcbur olursunuzsa, deməli əslində qüdrətli deyilsiniz.
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa