Gözəllik

110  ildir ki, dəbdən düşməyən bob saç düzümü

Hollivudun Qızıl çağlarından bəri Bob adlı bu saç düzümü qısa saçlar üçün ən dəbdə olan saç kəsimi olmaqda davam edir. Belə formada saç düzümü hər an “zamanlara sığmayan” bir obraz yaratmağa icazə verir. Bu saç düzümünü seçənlər arasında Aleksa Çanq, super model İrina Şeyx, aktrisa Emma Stoun və əsrarəngiz dizayner Viktoriya Bekhamı qeyd etmək olar.

Kerri Malliqa və Leonardo di Kaprio

Kerri Malliqan (“Dahi Qetsbi”)

Əlbəttə ki, bu saç düzümünün şöhrətinə şan qatan məşhur kino qəhrəmanlarını xatırlamamaq olmaz: Natali Portman (“Leon”), Qvinet Peltrou (“Tatenbaum ailəsi”) və Kerri Malliqan (“Dahi Qetsbi”); onlar yaratdıqları unudulmaz obrazları ilə bu saç düzümünü bir daha sevdirmiş və bir çoxlarını ilhamlandırmış.

Natali Portman (“Leon”)

Natali Portman (“Leon”)

Qvinet Peltrou (“Tatenbaum ailəsi”)

Qvinet Peltrou (“Tatenbaum ailəsi”)

Tarixi

Əfsanəvi saç düzümünü 1909-cu ildə söhrətli saç ustası Antuan de Pari yaradıb, onun müştərilərinin arasında Koko Şanel, Bridcit Bardo, Edit Piaf və Marlen Ditrix kimi məşhurlar yer alıb. Deyilənə görə, bir dəfə saç ustasının sevimli, məşhur müştərilərindən biri şlyapasını itirir və təcili olaraq sanki başda hər hansı bir geyimin olduğunu imitasiya edən bir saç düzümü etməyi xahiş edir. Növbəti gün maestronun salonunun qarşısında Parisin ən qatı dəb izləyiciləri növbəyə dayanaraq, eyni saç düzümünü xahiş edirlər. Daha sonra isə Koko Şanel bu saç kəsiminə müraciət edir və onu öz məşhur qarson tərzi ilə əbədiləşdirir.

Koko Şanel rolunda Odri Tatu və Bridcit Bardo

Kimlərə daha çox yaraşır?

Öz universallığı sayəsində bob  istənilən üz növünə yaraşır. Saş düzümünü asanlıqla dairəvi, oval və üçbucaqlı şəkildə olan üzlərə adaptasiya etmək olar, bundan ötrü kəsimin formasını və strukturunu astaca dəyişmək kifayət edir.

Lili Kolinz

Aleksa Çanq

Stilistlər  sərt çənə forması olan xanımlara nisbətən uzadılmış bob düzümünü məsləhət görür, Marqo Robbi və Aleksa Çanq kimi daha qabarıq almacıq sümükləri (yanaqları) olan xanımlara isə nisbətən dalğalı böhem tərzi tövsiyə edirlər.

60-cı illərin vurğunlarına isə həndəsi fiqurlu bob daha çox yaraşır, Riannada olduğu kimi. Belə saç düzümü parlaq rəngli saçlarda daha çox göz oxşayacaq və uğurlu alınacaq – alovlu kürən, platin rəngi və ya göyümtül-qara.

Karli-Kloss

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa