Mənim hekayəm

Cek Maya görə iş həyatında uğurun sirri: SEVGİ

Daniel Qoulmen və Adam Qrantın sayəsində illərdir ki, “iş və karyerada uğur qazanmağın əsasında nə durur? IQ və ya EQ” sualını müzakirə edirik. “Hazırda isə digər biri: LQ, Sevgi Əmsalı trend olmağa və xəbər başlıqlarında daha çox hallanmağa başladı” deyə Marsel Şvantes İnc üçün yazdığı məqalədə qeyd edir.

Bəs LQ nədir? LQ da zəka növlərindən biridir və Alibaba Group`un yaradıcısı və rəhbəri Cek Ma tərəfindən bu konsept daha çox təbliğ edilir.

LQ nədir?

Cek Maya görə maşınlar heç bir vaxt Sevgi Əmsalına sahib ola bilməyəcək. Maşınlar, robotlar nə qədər ağıllı bir səviyyəyə çatdırılsalar da, dünyanın ən böyük və ən əhəmiyyətli şeyləri olan mərhəmət, anlayış və təbii ki, SEVGİ hissinə sahib ağıllı insanlarla müqayisədə uduzacaqlar. Sevgi, mərhəmət kimi insani hisslər bəşəriyyətin maşınları məğlub etməyə imkan verən gizli bir silahıdır. Ma deyir ki, “maşın ürəyə sahib deyil, eləcə də, onun nə ruhu var, nə də inancı. İnsanların isə ruhu, inancı, dəyərləri var: yaradıcıyıq, bütün bunlar isə maşınları idarə edə biləcəyimizi göstərir”.

Cek Manın sevgi maşını

Cek Manı tanımayanlar üçün qeyd edək ki, o sıfırdan başlayıb təkbaşına milyarder olmağı bacarmışdır. Onu Çinin Amazon.com`un yaradıcısı da adlandıra bilərik. O, bir neçə ildir ki, iş dünyasınında getdikcə daha çox sevgi, eşq və LQ üçün kampaniyalar təşkil edir.

Related image

“Pul emissiya edən bir maşın ola bilərsiniz, ancaq bu nə işə yaraya bilər? Əgər bununla dünyanın yerdə qalan qisminə tövhə verə bilmirsinizsə, LQ yoxdur. Qısası, məsələ sevgidirsə, prinsipial olmalısınız”, deyir Cek Ma. Maya görə, bir insan yüksək İQ və EQ-ə sahib olsa da, LQ cəhətdən kasaddırsa, ona “hörmət edilməyəcək”. “Gələcəyə hörmət edin, gənclərə hörmət edin!”, deyə Ma hər fürsətdə təkrar edir.

Nəticələr

İş üçün “Sevgi”ni istifadə etmək anlayışı hələ də biraz sirli və qeyri-müəyyən olsa da, Manın sahibkarlar üçün böyük problemləri daha cəlbedici üsullar ilə həll etmək üçün təklifləri böyük potensiala sahibdir. Manın LQ mövzusunda olan çıxışlarından qeydlərimizi sizin üçün siyahı halına gətirdik:

Şagirdinizi sevin:
Bir müəllim olaraq şagirdini sevin. Yaxşı müəllim hər zaman şagirdlərinin özündən daha çox şeyə nail olmasını istəyər.

Sizdən yaxşı olanı sevin:
Hər zaman sizdən daha yaxşı olan ilə maraqlanın və paxıllıq etmədən bu insandan öyrənməyi və onunla birlikdə çalışmağı seçin.

İnsanları sevin:
Biliklərinizi paylaşın və qarşınızdakı insanın həmişə daha yaxşı olmasına imkan verin.

İnsanların potensialını sevin:
Hər zaman sizdən daha yaxşı potensiala sahib insanları işə qəbul edin. Sonra onları tərbiyə etməklə, nizam-intizam öyrətməklə və onlara dəstək verməklə daha çox sevin.

İşçilərinizi və ya komandanızı sevin:
Komandanızı və iş yoldaşlarınızı sizinlə eyni yanaşmaya sahib olmasalar belə, bir lider olaraq sevin və ortaq bir hədəfə və ya məqsədə doğru gedən yolda onlara dəyər verərək hörmət edin.

Başqa nəsilləri sevin:
Özünüzdən başqa digər nəsillərə də hörmət edin. Uğurunuzu (və ya şirkətinizin uğurunu) qazandığınız pulun dəyəri ilə deyil, həll etdiyiniz problemlərin və kömək etdiyiniz insanların sayı ilə ölçün. LQ-ün əsasında bu durur.

Belə görünür ki, sevgililər günündə iş yoldaşlarınızı da nəzərə almalı olacaqsınız.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa