Kitab

“Çərpələng uçuran” əsərindən ən təsirli seçmələr

Məşhur əsərdən həyatınızda tətbiq edəcəyiniz qızıl fikirlər

“Çərpələng uçuran” (ing. The Kite Runner) – indiyə qədər oxuduğum ən təsirli romanlardan biri olaraq qalır, kitab əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin debütü olsa da yetərincə rəğbət toplamış, bir çox dünya dillərinə, o cümlədən də doğma dilimizə tərcümə olunub. Hadisələrin bir qismi Əfqanıstanda, digər qismi isə məcbur mühacirətdən sonra ABŞ-da davam edir. 

Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, məsum uşaq düşüncəsinin sirrləri ilə dolu romanı bizi yaşadığımız uşaqlığa aparır, bəlkə də sahib olduqlarımızı yenidən dəyərləndirmək imkanı verir.

“Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – balaca Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür…”

Amma əsərin özündə deyildiyi kimi, hər zaman “Yenə də yaxşı olmaq, düzəlmək üçün imkan var.”

Kitabı oxuyan adam xəyalən Əfqanıstana, Kabilə səfər edir, özünü onun küçələrində dolaşırmış kimi hiss edir. Kitab həm siyasi, həm də şəxsi və daxili problemlərə incə-incə toxunmağı bacarır. 

“Çərpələng uçuran”dan seçmələr

Image result for çərpələng uçuran

Kitabdan məhz insan həyatına təsir edəcək əsas məqamları təqdim edirik:

“Dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır.

Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan”

“Sənə bu qədər xoşbəxt olmağa, ancaq səndən bir şey almağa hazırlaşdıqları zaman icazə verərlər”.

“Sonradan sahib olduğun bir şeyi itirmək hər zaman daha çətindir, nəinki heç sahib olmamaq”.

“Müharibə, qüruru ortadan qaldırmaz. Əksinə, daha çox qürura ehtiyac olur”.

“Uşaqlar boyama kitabı deyil. Onları istədiyin rənglərə boyaya bilməzsən”.

“Otaqda bizimlə birlikdə nəfəs-nəfəsə qalan, tərləyən bir şey daha vardı: Keçmiş”.

“Ədalətsiz görünə bilər, amma bir-neçə gündə, bəzən isə sadəcə bircə gündə baş verən hadisə bütün həyatının gedişatını dəyişə bilər”.

“Dedikləri sözün arxasında duran insanların əsas nöqsanı budur, onlar düşünür ki, hər kəs onlar kimidir”

“Əfqanıstanda çoxlu uşaq var, amma uşaqlıq yoxdur”

“Kədər içində idim. Kabilə qayıtmağım bir köhnə dostunun ziyarətinə gəlib, onun gününün pis keçdiyini , evsiz –  eşiksiz qaldığını, qocalıb əldən düşdüyünü görmək kimi idi.”

“Həqiqət ilə incinmək, yalan ilə təsəlli tapmaqdan daha yaxşıdır”

“Sonda dünya qalib gəlir, çünki dünyanın işləri belə qurulub”

“Ağzımı açdım, sanki nəsə dedim. Sanki. Həyatımın bütün qalanı başqa cür ola bilərdi, əgər dinsəydim. Amma etmədim. 

“Keçmiş haqqında deyilənlər yanlışdır, mən onu necə basdırmağı öyrəndim. Çünki keçmiş, üzə çıxmağın öz yolunu tapır.”

Bu sadəcə bir təbəssüm idi başqa heçnə. Bu hər şeyi həll etmirdi, bu HEÇ NƏYİ həll etmirdi. Sadəcə bir təbəssüm. Kiçik bir şey. Quşlar uçuşa başlayanda budaqda titrəyən yarpaq kimi xəfif. Amma mənə bu da yetər. Mən onu qollarımı açaraq qəbul edəcəm. Çünki bahar gəldikdə qar dənəcikləri asta-asta əriyir. Ola bilsin, mən əriyən ilk qar dənəsinin şahidi idim”

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa