Gözəllik

Bürclərin uğurlu daşları və xarakter təhlili

Qoç bürcü (22 Mart – 21 Aprel)

Qoç bürclü qadın

• Uğurlu daşları – Əqiq, Ametist, Garnet, Hematit, Jasper, Kristal, Kyanit, Opal, Turmalin, Yaqut

Bu bürcdən olan insanlar daha çox azad ruhlu, inadkar, ünsiyyətcil və özgüvənli olurlar. Hazırcavab olmaları ilə daima seçilirlər. Əsəblərinə hakim ola bilməyən qoçlar, tez bir zamanda özlərindən çıxsalar da kin saxlamağı bacarmazlar. Onlar baş verən hadisələrə gərəkdiyindən daha çox reaksiya verə bilərlər. İnsanlara kömək etməyi sevər, problemlərini həll etməyə çalışarlar. Qoçlara tez-tez kompliment söyləməyi, onları tərifləməyi unutmayın. Onlar dostları üçün hər bir fədakarlığı edərlər, sevgidə isə olduqca sadiq və vəfalıdırlar. Sürprizlər etməyi sevirlər.

Buğa bürcü – (22 Aprel – 21 May)

Buğa bürclü qadın

• Uğurlu daşları – Kvars, Lapis, Çəhrayı Kvars, Safir, Topaz, Firuzə, Nefrit, Zümrüd

Bu bürcdən olan insanlar səbrli və məsuliyyətli olurlar. Olduqları ortamda bütün diqqətləri öz üzərlərinə çəksələr də, bu vəziyyətdən məmnun olmazlar. Onlar daha çox sakit həyatı sevirlər. Yalanı isə sevməzlər, hədəflərinə çatmaq üçün dayanmadan çalışar və mübarizə apararlar. Sevgidə isə sədaqətli və qısqancdırlar. Sevgilərini tez-tez etiraf etməyi sevirlər. İş həyatında isə tələbkar və çalışqandırlar. Bəzən onlara qarşı olunan səhvlərə cavab belə verməzlər, bəzən də bir buğa qəzəbi ilə od püskürərlər.

View this post on Instagram

A post shared by aqat tebii dashlar (@tebii_dashlar_) on

Əkizlər bürcü – (22 May – 21 İyun)

Əkizlər bürclü qadın

• Uğurlu daşları – Əqiq, Akuamarin, Aventurin, Ay daşı, Krizokol, Krizopras, Obsidyen, Peridot, Turmalin
Əgər ətrafınızda əkizlər bürcündən biri varsa nə qədər dostcanlı olduqlarının özünüz də şahidi olmusunuz. Onlar etibarlı, zarafatcıl, humanist və zekalı insandırlar. Eyni anda bir neçə işi düşünə və görə bilərlər. Əyləncəni çox sevirlər və ətrafa da pozitiv enerjilərini ötürürlər. Bu səbəbdən də hər kəs tərəfindən sevilirlər. Olduqları hər yerdə diqqət çəkərlər və ünsiyyət qurmağı çox yaxşı bacarırlar. Həmçinin də dəyişən əhval-ruhiyəyə sahibdirlər. Sevgidə ciddi münasibət qurmağa meyilli deyillər amma aşiq olduqları zaman qısqanc bir xarakterə sahibdirlər.

Xərçəng bürcü – (22 İyun – 21 İyul)

Xərçəng bürclü qadın

• Uğurlu daşları – Akuamarin, Ametist, Ay daşı, Krizopras, Rodokrozit, Safir, Yaqut, Zümrüd

Xərçənglər daha çox utancaq və küsəyən olurlar. Onlar sevdiklərinə daha çox vaxt ayırmağı və diqqət göstərməyi sevirlər. Eyni münasibəti də qarşı tərəfdən umurlar. İnsanların haqqında nə düşündükləri onlara maraqlı olmaz, daha çox özlərinə qapanan biridilər. Onlar yardımsevər, düşüncəli və mülayim xarakterə sahibdirlər. Mübahisə etməyi sevmirlər.

Sevgidə isə məntiqə deyil hisslərə önəm verirlər. Sahiblənməyi sevirlər və ailə anlayışı onlar üçün önəmlidir.

Şir bürcü – (22 İyul – 21 Avqust)

Şir bürclü qadın

• Uğurlu daşları – Aventurin, Pələng gözü, Kəhrəba, Kvars, Damarlı əqiq, Sitrin, Topaz

Aslanlar lider ruhlu, şöhrətpərəst, dominant, özgüvənli və qürurlu olurlar. Olduqları ortamda özlərindən başqa heç kimin diqqət mərkəzində olmağını istəməzlər. İdarəedici bir xüsusiyyətə sahibdirlər. Məqsədlərinə çatmaq üçün edə bilməyəcəkləri heç bir şey yoxdur. Dürüst və etibarlı olduqları üçün hər kəsin etimadını qazanırlar.

Lüks həyatı, hər şeyin ən yaxşısına sahib olmağı sevirlər. Əsəblərini cilovlaya bilməzlər, bir anın içində bütün münasibəti məhv edərlər. Sevgidə gözəllik aşiqidirlər, xəyanətə meyilli olurlar.

View this post on Instagram

A post shared by aqat tebii dashlar (@tebii_dashlar_) on

Qız bürcü – (22 Avqust – 21 Sentyabr)

Qız bürclü qadın

• Uğurlu daşları – Amazonid, Aventurin, Pələng gözü, Kəhrəba, Obsidyen, Peridot, Rutil, Sitrin

Qız bürcündən olan insanlar realist, səmimi və dürüst olurlar. Həmçinin məsləhət verməyi də sevirlər. Onlar hisslərlə deyil, məntiqlə hərəkət edirlər. Çalışqan olduqları üçün işə çox önəm verirlər. Yardım etməyi sevsələr də, tənbəl insanlara qarşı laqeyd yanaşırlar. Onlar öz problemlərini paylaşmağı sevmirlər. Bu bürcdən olan insanlar hədsiz səliqəli, yığımcıl və xırda incəliklərə önəm verən biri olurlar.

Ciddi münasibət qurmağı sevirlər. Eşq həyatlarında utancaqdırlar. Sevdiklərinə qarşı diqqətli və sadiqdirlər. Romantik olduqları üçün çoxlu sürprizlər edərlər.

Tərəzi bürcü – (22 Sentyabr – 21 Oktyabr)

Tərəzi bürclü qadın

• Uğurlu daşları – Akuamarin, Aventurin, Krizopras, Kyanid, Lapis, Malakit, Mərcan, Çəhrayı Kvars, Peridot

Tərəzilərin ən başlıca özəlliyi qərarsız olmalarıdır. Müsbət bir enerjiyə sahib olduqları üçün onların yanında bütün əsəbləriniz sakitləşəcək. Tənqidə belə gülümsəyərək reaksiya verərlər. Tərəzi bürcü ədalət simvoludur. Tənhalıqdam qorxurlar. Tənbəl və küsəyən olurlar. Cəmiyyətdə hər kəsin rəğbətini qazanırlar. Onlardan çox yaxşı dost və həyat yoldaşı olur.

Sevdikləri insana qarşı hədsiz diqqətcil olurlar və gözəl sözlər söyləməyi sevirlər. Ailəni məntiqdən çox sevgi üzərində qurmağa önəm verirlər. 

Əqrəb bürcü – (22 Oktyabr – 21 Noyabr)

Əqrəb bürclü qadın

• Uğurlu daşları – Ametist, Dumanlı Kvars, Garnet, Lal, Pələng gözü, Kunzit, Obsidyen, Rutil

Əqrəb bürcündən olan insanlar öz güclü xarakterləri ilə daima seçilirlər. Onlar az danışan, hisslərini gizlədərək bütün problemlərini içlərində yaşayan insanlardır. Qürurlu və cəsur bir xarakterə sahibdirlər. Onlarla düşmən olmağı ağlınızdan belə keçirməyin.

Çox kinli olduqları üçün illərlə gözləyib uyğun bir zamanda qisaslarını ala bilirlər. Sevdikləri zaman isə çox fədakar olurlar. Şübhəci və qısqanc olduqları üçün hər kəsə tez inanmazlar. İşlərində isə məsuliyyətli və tələbkar olurlar. Əsl dost və sadiq həyat yoldaşı olurlar.

View this post on Instagram

A post shared by aqat tebii dashlar (@tebii_dashlar_) on

Oxatan bürcü – (22 Noyabr – 20 Dekabr)

Oxatan bürclü qadın

• Uğurlu daşları – Əqiq, Ametist, Garnet, Lapis, Malakit, Safir, Sodalit, Topaz

Oxatanlar dünyagörüşlü olduqları üçün onlarla hər mövzuda söhbət etmək olur. İdarə edilməyi sevmirlər, əksinə yüksək idarəedicilik qabiliyyətinə sahibdirlər. Səbrsiz olurlar, başladıqları işi tez bir zamanda bitirməyə çalışarlar. Optimistdirlər, hər işin xoş sonluqla bitəcəyinə inanırlar. Bilmədiklərini öyrənməyə çalışırlar. Müzakirə etməyi sevirlər. Oxatan bürcü insanları iş həyatında təşəbbüskar bir ruha malikdir və bu mövzuda özlərinə olduqca çox etibarları vardır.

Sevgiyə isə bir məcara kimi baxırlar. Qarşısındakı insanın intellektual olmasına önəm verirlər. Qısqanclığı sevməzlər.

Oğlaq bürcü – (21 dekabr – 20 yanvar)

Oğlaq bürclü qadın

• Uğurlu daşları Garnet, Hematit, Malakit, Kəhrəba, Damarlı əqiq, Uğurlu daşları – Turmalin, Yaqut, Zirkon

Çalışqan, təmkinli, dürüst oğlaqlar hər zaman olduqları mühitdə öz zəkaları ilə diqqət çəkərlər. Elmə böyük maraq göstərdikləri üçün bilmədikləri hər şeyi öyrənməyə çalışırlar. Onlar inadçı və qərarlı olurlar. Əgər bir şeyə qərar veriblərsə onları fikrindən daşındırmaq əsla mümkün deyil. Sərt bir görünüşə sahib olsalar da, çox mərhəmətli və qayğıkeşdirlər. Hədəf və məqsədlərinə nail olmaq üçün gecə-gündüz demədən çalışarlar. Həm ədalətli, həm də tələbkardırlar. Üzərlərinə götürdükləri hər işi məsuliyyətlə ələ alan, etibarlı insanlardır. Gələcək həyatlarını hər zaman planlı şəkildə qururlar. Onlar üçün evlilikdə ilk prioritet güvəndir.

View this post on Instagram

A post shared by aqat tebii dashlar (@tebii_dashlar_) on

Dolça bürcü – (21 yanvar – 18 fevral)

Dolça bürclü qadın

• Uğurlu daşları – Əqiq, Akuamarin, Ametist, Garnet, Lapis, Obsidyen, Damarlı əqiq, Nefrit, Zirkon

Dolça bürcündən olan insanlar modern, humanist və ağıllı olurlar. Dikbaş bir xarakterə malik olan dolçalar hər şeyi bildiklərini zənn edirlər. Azad ruhlu olduqları üçün kiminsə onlara sərhəd qoymasını, işinə müdaxilə etməsini sevməzlər. Hər kəs tərəfindən sevilsələr də insanlarla münasibətdə həmişə məsafə saxlayırlar. Sevdiklərinə sadiq həyat yoldaşı, etibarlı dost olurlar. Dolçalar başqalarının düşüncələrini öyrənər lakin yenə də öz fikirlərini dəyişdirməzlər. Soyuq və tərs olan dolçalar əsla romantik və qısqanc olmaz. Bədxərcdirlər, pulu lazımsız yerlərə xərcləyərlər.

Balıq bürcü – (19 fevral – 20 mart)

Balıqlar bürclü qadın

• Uğurlu daşları – Ametist, Ay daşı, Kalsit, Qandaşı, Kristal Kvars, Çəhrayı Kvars, Mərcan

Bu bürcdən olanlar səbrli və uzaqgörən olurlar. Mübahisə etməyi sevməzlər, baş verən bütün hadisələrə sakit reaksiya verərlər. Romatikdirlər, xəyal qurmağı sevirlər. Ünsiyyətcil olduqları üçün tez bir zamanda münasibət qurarlar. Onlar daha çox yaradıcı potensiala sahibdirlər. Hər mühitə rahatlıqla uyğunlaşa bilirlər. Kompliment eşitməkdən məmnun olurlar. Tənhalıqdan qorxurlar. Sevgidə romantikdirlər, qayğı və diqqət tələb edirlər.

View this post on Instagram

A post shared by aqat tebii dashlar (@tebii_dashlar_) on

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa