Həyat tərzi

BÜRCLƏRƏ UYĞUN HƏDİYYƏ SEÇİMİ

Sevgilinizə hədiyyə alarkən bürcünü də nəzərə alın!

Qoç
Qoç bürcü üçün edəcəyiniz ən gözəl sürprizlərdən biri,  onu həyəcanlandıracaq bir oyun parkına, Luna parka və ya içində sürət və həyəcan olan hər hansı bir məkana aparmaq ola bilər. Yarış və ya turnir də ideal variantlardan biridir. Adrenalin və əyləncənin olduğu hər yerin onları xoşbəxt edəcəyini unutmayın.

Woman Wearing Grey Long-sleeved Top Photography
Buğa
Əyləncəli məkanları və ləziz yeməkləri sevən Buğalar üçün gözəl surprizlərdən biri də həm gözə, həm də ağız dadına xitab edən bir restorana dəvətiniz ola bilər. Gözəl sözləri, kübarlıq və rahatlığı sevən Buğa bürcü sevgiliniz üçün komfort çox önəmlidir. Massaj, sauna, SPA və aromatik baxım vasitələri də onları məst edir.Woman on White Deck



Əkizlər
Əkizlər bürcü danışmaq və söhbət etməkdən yorulmurlar. Həmçinin də, maraqlı oyun və proqramları sevirlər.  Sevgilinizi bol-bol söhbət edəcəyi, oyunlar oynayacağı, əylənəcəyi bir telefon və ya planşet hədiyyə edərək, sevindirə bilərsiniz.

Selective Focus Photography of Woman Holding Black Cased Smartphone Near Assorted Clothes


Xərçəng
Bu bürcdən olan insanlar üçün özlərini təhlükəsiz hiss edəcəkləri səmimi ortamlar olduqca önəmlidir. Ailə üzvlərini birlikdə xoşbəxt görmək, onları da dünyanın ən xoşbəxti edər. Yeməklərlə arası yaxşı olduğu üçün qohum-əqrabaları dəvət edərək bir süfrə arxasında oturmağınız, Xərçəng bürcündən olan sevgilinizə ən gözəl hədiyyə ola bilər.

Woman Carrying Child in Carrier While Standing Beside Girl
Şir
Şir bürcündən olan insanlar gösrərişi, dəbdəbəni və parıltını çox xoşlayırlar. Alqış və tərif onların ən sevdikləri şeydi. Sevgilinizə xoş sözlər deyərək onu təmtəraqlı bir məclisə və ya restorana apararaq sevinəcəyi bir surpriz edə bilərsiniz. Maraqlı bir əyləncə, teatr və ya konsert də onlar üçün çox xoş olar.

Related imageDolça
Dolça bürcündən olan sevgilinizə hədiyyə etməyi düşünürsünüzsə, detallara fikir verin. Əslində onlar bütün hədiyyələri sevirlər, yetər ki hər şey mükəmməl bir şəkildə olsun. Hədiyyə və ya romantik bir şam yeməyi surpriz etmək istəyirsinizsə hər detalı sonuna qədər düşünmədən həyata keçirməyin.

Women's Red and Black Dress
Tərəzi
Tərəzilər hər nə qədər romantik  bir bürc olsalar da, onlara surpriz edərkən məntiqlə hərəkət edin. Onlar təmizkar, baxımlı insanları və ortamı sevirlər. Aldığınız hədiyyənin zərif olmasına, hədiyyəni verərkən incə davranmağa, hər şeydən öncə qəşəng görünməyə diqqət edin.

Photo of Woman Holding Flower
ƏQRƏB
Əqrəb bürcündən olan insanlar bəsitliyi sevmirlər. Düşünülmədən alınmış bir hədiyyə və ya surpriz olduğunu həmin an başa düşər və sizi bu davranışınıza görə peşman edərlər. Mənəvi dəyəri böyük olan, zövqlə aldığınız hədiyyələr isə onu xoşbəxt edər. Ona görə də nə istədiklərini araşdırıb daha sonra hədiyyə alın.

Woman With Long Braided Hair

ƏQRƏB


OXATAN
Bu bürcdən olan insanlar fərqliliyi və səyahət etməyi etməyi çox sevirlər. Maraqlı və mənəvi cəhətdən rahatlıq verən yerlərə səyahət etmək planınız onu çox xoşbəxt edəcək. Hədiyyə vermək istəsəniz, sandal, rəngli və rahat geyimlər onun zövqüncə olar.

Woman Aiming Bow

OXATAN


OĞLAQ
Nə qədər sevimli görünsələr də, Oğlaq bürcündən olan insanlar xaraktercə ciddidilər və ciddiyyətdən də xoşları gəlir. Xüsusi olaraq planlanmamış surpriz və ya hədiyyələri sevməzlər. Ona edəcəyiniz hədiyyəni öncədən planlamalı və detalına kimi düşünməlisiniz. Hədiyyə olaraq isə, səbr və zaman istəyən puzzle və ya kitablar ola bilər.

Woman Reading Book

Oğlaq


DOLÇA
Dolça bürcündən olan insanlar fərqli, qeyri-adi hədiyyələri sevirlər. Hətta bu hədiyyə nə qədər texnoloji və yenilikdirsə, bir o qədər bəyənə bilər. Dost görüşlərini və sosial ortamları sevdikləri üçün dostlarıyla birlikdə surpriz bir yığıncaq edə bilərsiniz.

Woman Wearing White Knitted Dress
BALIQ
Rəsm və musiqini sevən Balıqlar bürcü olan sevgilinizi konsertə, rəsm sərgisinə və ya maraqlı bir filmə dəvət edə bilərsiniz. Onlar çox həssas və romantik olurlar. Birlikdə ağlayacağınız bir film və ya həzin bir musiqi, sevgiliniz üçün ideal ola bilər.

Image result for artist

 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa