Xəbərlər

Nağıllardakı kimi: Bukingem sarayı Milad üçün bəzədilib

Kral ailəsinin rəsmi Twitter hesabında Bukingem sarayının interyerini əks etdirən video çarx paylaşılıb. Saray Milad bayramı ərəfəsi üçün xüsusi bəzədilib. Britaniya monarxlarının London iqamətgahı ənənəyə uyğun olaraq, Milladdan iki həftə öncə dekor edilir. Tətil müddətində geniş zallar canlı küknar ağacları, oyuncaqlar və çələnglər ilə dekorasiya olunur. “Milad Bukingem sarayına təşrif buyurub” – monarxların sosial şəbəkədəki rəsmi təmsilçiləri bəyan edib.

Windsor qəsrinin George zalına iri yaşıl,  Windsor parkından yeni kəsilmiş Nordman küknarı yerləşdiriblər və ağac Britaniya imperiyasının tacı formasında olan oyuncaqlar ilə bəzənib. Ziyafət zalında isə bayram münasibəti ilə xüsusi antikvar, qızıl suyuna çəkilmiş masa dəstləri istifadəyə verilib.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa