Motivasiya

Bu fevral xoşbəxt olmaq üçün 7 səbəb

Fevral ən “ürək” aydır, bu ayda həm özünüzün, həm də yarınızın ürəyinin qeydinə qalın, ürəyinizi açmağa, sevgi etirafları etməyə dəyər, yanvarda planladığınız işləri hələ başlaya bilməməsinizsə, onda fevralı özünüz üçün yeni start nöqtəsi seçin.

  1. 14 Fevral- sevgililər günü

Heart Red Leafed Tree on Red Field

İl ərzində sevgiyə həsr edilmiş günlərin sayı nə qədər çox olsa, yenə də azdır, çünkü stressli və işlə dolu günlər daha çoxdur. Bu sevgililər gününü özünüz üçün unudulmaz edin. Mütləq deyil ki, bu etiraf əks cinsə qarşı olsun. unutmayın ki, ən çox sevməli olduğunuz insan özünüzsünüz və xoşbəxt olmaq üçün layiq olduğunuz hədiyyəni özünüzə edin.

  1. Sevgini xidmətə çevirin -yeni biznesə başlayın

Three Red Hearts Hanging With White Flowers

Əgər kiçik bir biznesiniz, restoranınız, kitab və ya şirniyyat dükanı və ya hər hansı bir onlayn satış xidmətiniz varsa, bu ayı sevgililər günü üzərindən konseptləyə bilər, ən gözəl sevgi romanları, romantik süfrələr, ətirli sabunlar, sevgililər gününə özəl əşyalar hazırlaya və onların satışını təşkil edə bilərsiniz. Hətta bu sizin kiçik bir biznesə başlamağınız üçün uğurlu start ola bilər. Başlamaq üçün fevral ayını əldən qaçırmayın.

  1. Eşqə düşün – axı eşq nədir?

İndiyə qədər eşq etirafı etməmiş və ya eşqin tərifini tapmamış ola bilərsiniz. Amma Mehriban Həsənovanın təşkilatçılığı və AzGranatanın sponsorluğu ilə davam edən “Eşq nədir?” yarışması, bu fevral ayına bir az da eşq qatmış oldu. Gözəl sevgi etiraflarını #eşqnedir, #eshqnedir heşteqleri ilə izləyə bilər, həm də bu yolla öz sevginizi etiraf edə bilərsiniz.

  1. Qarlı dağlı aşaraq, çox ellər dolaşaraq

Fevral qarlı Azərbaycan mənzərələrini görmək, hikinqə getmək, donmuş göllər, şəlalələri seyr etmək, əylənmək, xizək sürmək və kanatlara minmək üçün ən gözəl vaxtdır. Bunun üçün Quba – Qriz, Şahdağ, Qəbələ, Gədəbəy. Göygöl kimi istiqamətləri seçə bilərsiniz.

Buzlu dağ havasını ciyərlərinizə doldurun. Yeni yaşam enerjisi qazanın.

  1. Əvvəldən başla

Bol motivasiya qazanmaq, doyunca gülməük üçün JLO-nun iştirakı ilə “Əvvəldən başla” filmini izləyin. Hazırda kinoteatrlarımızda yayımlanmaqda davam edir.

  1. Mənəvi cəhətdən zəngimləşin

Alov Qüllələrində – “Van Gogh. At Eternity’s Gate” izləyin. Bu imkan ayın 8-dən 14-nə qədər qüvvədə olacaq.

  1. “Celentano Tribute Show” nu izləyin

Fevralın 13-də unikal bir fürsət. Celentano musiqisindən zövq alın. Düzdür bu  həzz sizə 30-300 manata başa gələ bilər. Biletləri isə iticket.az-dan əldə edə bilərsiniz.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa