Qarderob

Biznesmen obrazının ən vacib 7 elementi: Winter edition

Biznesmen-iş adamı anlayışı ölkəmizdə və ölkədən xaricdə fərqli şəkildə başa düşülür. Bəziləri üçün bu anlayış – bahalı geyim və bahalı həyat tərzini özündə ehtiva edir, halbuki bu həqiqətin bir hissəsidir. Bahalı həyat tərzinə gəlirləri – yüksək olan şəxslər sahib ola bilər ki, ölkəmizdə məmurların çoxu, dövlət qulluqçuları, maliyyə sahəsinin yüksək vəzifəli peşəkarları da bu kateqoriyaya düşür, amma onları heç də biznesmen adlandırmaq düzgün olmaz . Digər tərəfdən startup dünyasının inkişafı ilə öz qurduğu biznes sayəsində zənginləşən insanların sayı kəskin artır ki, onların da əksəriyyəti xəyalımızda canlanan zəngin iş adamı obrazından xeyli fərqlənir.

Bəs, gerçək biznesmen obrazını formalaşdıran, əsas qarderob elementləri hansılardır?

Bu gün 1Lady.az bəylərin qarderobuna nəzər salmaq niyyətindədir.

Ətrini sevmədiyiniz insanı sevə bilməzsiniz

Bir qadın bir kişinin ilk öncə qoxusuna aşiq olur. Hər şeydən öncə ətirləri ilə insanın ağlını başdan alırlar. Düşünün, qoxusuna dözə bilmədiyiniz insanla ünsiyyətə və münasibətə nə qədər dözə bilərsiniz. Biznes görüşlərində də düzgün seçilmiş ətir qarşı tərəfin rəğbətini, onun özünün belə xəbəri olmadan qazanmış olmaq deməkdir. Uğurlu ətir seçimi ilə əsl biznesmenlər və centlmenlər hər zaman görüşə 1-0 öndə başlarlar.

Image result for sauvage by dior

Daha öncə ətirin insanın imzası olduğunu söyləmişdim. Ətirlər bir az da xarakteri əks etdirməli, amma sahibinin sirlərini tamamilə açmamalı və bəzi müammalı tonlara sahib olmalıdır.

Obrazın ən vacib, gözlə görünməz tamamlayıcı elementi ətirdir.

Saat kimi dəqiq adamlar

Bir qadın bir kişini heç zaman saatı ilə dəyərləndirməz. Əksinə onunla ikən saatı unutmaq və unutdurmaq istər. Amma bir saat bir kişinin öz zamanına nə qədər yaxşı hakim olduğunu göstərər. Saat – hər kəsin öz zamanına verdiyi dəyərin göstəricisidir. Saat – olduğun mühitə öz statusunu diktə etmək, öz həyat baxışını göstərməkdir.  Biznesmen obrazının gözlə görünən elementlərindən ən vaciblərindən biri saatdır.

Person Holding Round Gold-colored Analog Watch With Link Bracelet

Əzəldən kişinin papağı başında gərək

Papaqları imiciniziniz bir hissəsinə çevirin, hər mövsümə və şəraitə uyğun fərqli papaqlar taxın, istər qızmar günəşdən, istər də yağışdan və ya soyuq şaxtanda qorunmaq üçün hər zaman fərqlənməyi bacarın. Papaqları həm biznesmen, həm də centlmen obrazının başlıca aksessuarlarından biri kimi dəyərləndirmək olar.

Çantanı göstər, deyim necə birisən

İdeal çantaya plenşet-noutbuk, telefon üçün adapter, dəri üzlüklü qeyd dəftəri, təcili sənədlər və qələmlər yerləşməlidir. Dəri əvəzediciləri kimi möhkəm materiallardan və ya dəridən ola bilər. Çantaları da görüşlərin və günün tepminə uyğun seçmək lazımdır, bir çox hallarda tünd geyimə nisbətən fərqli çalarlı çanta ilə işıq gətirmək mümkündür.

Eynək arxasında gizlənən gözlər

Baxışları bəzən gizlətmək, bəzən də qorumaq lazımdır, qarşı tərəf niyyətinizi məhz baxışlardan anlar. Bəzən isə onları sadəcə həmlə gözləyən övçular kimi pusquda saxlamaq tələb olunur. Bu pusqu rolunu isə eynəklər oynayır. Eynəklər lazım gəldikdə sizi daha qapalı göstərməyə xidmət edər, onları çıxardıqda isə qarşı tərəfə özünüzü tanımağa izn verməyinizi işarə etmiş olursunuz. Digər tərəfdən eynəklər qışda şaxtadan, yayda isə günəşdən sizin gözlərinizi qoruyar.

Boynuna dolanan şərf və yaylıqlar

Soyuq qışda biznesmen obrazını tamamlayan vacib elementlərdən biri şərflər olacaq, nə qədər uzun və qalın olsa, həmçinin rəngli olsa bir o qədər obraza maraq qatar. Sevgi ilə seçilmiş şərf ən gözəl hədiyyələrdən biridir. Qalstuklardan fərqli olaraq, şərflər və yaylıqlar heç bir obrazı can-sıxııcı göstərmir, insanın sərbəstliyini əlindən almır, onları qeyri rəsmi görüşlərdə rahatlıqla istifadə emtək olur.

Can alıcı təbəssüm

Hər bir centlemenin və biznesmenin ən güclü, qarşısı alınmaz silahı təbəssümdür. Özünə inamın, rahatlığın, pozitiv həyat düşüncəsinin və sağlam həyat tərzinin təcəssümüdür təbəssüm. Həyatda qarşıya çıxan hər bir çətinliyə rəğmən, simasında qalibiyyət və müvəffəqiyyət təbəssümü heç zaman əskik olmamalıdır.

Image result for george clooney

Image result for richard branson

Daha çox eynək və şərf

Daha çox papaq seçimi

Daha çox çanta seçimi

Daha çox saat seçimi

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa