Biznes ledi

“Biznes Ledi”–lərin iş həyatındaki müsbət və mənfi cəhətləri

Patriarxiyatlığın artıq aktual olmadığını sübut edə bilən  güclü, məqsədyönlü və kompromissiz iş qadınları insanoğlu tərəfindən həmişə sirli və maraqlı olmuşdur. Müasir “Biznes Ledi” həmçinin, özünü zəif cinsin nümayəndəsi kateqoriyasına sığışdıranlar tərəfindən də heyrətlə qarşılanır: “Niyə onlar səhərlər şou-biznes verilişlərini deyil xəbər portallarını üstün tutur ya da müxtəlif kanallarda gedən seriallara necə baxmamaq olar – axı onlar çox maraqlıdır.”

Bu gün sizlərlə dünyanı dəyişdirə biləcək gücdə olan bu inanılmaz, eyni zamanda incə və zərif olan xanımların həyat tərzlərinin pərdə arxasına göz atacayıq.

Birinci Biznes Ledilər: Ümumiyyətlə bu gen hardan gəlib?

İş qadınları (Biznes Ledi) anlayışı XX əsrin təxminən 90-cı illərində yaranmağa başlamışdı. Elə demək olar ki, “Biznes” anlayışı yaranan vaxtlarla eyni vaxta təsadüf edir. Ancaq əslinə qalsa sahibkarlıq bacarığı olan güclü qadınlar tarixdə hər zaman olub:  Məsələn, 1939-cu il “Küləklə sovrulanlar” filmində Skarlet Oxara-nın yaratdığı unudulmaz personajı yada salaq. Zərif bir xanımın öz inadkarlığı və çılğınlığı ilə ABŞ-da vətəndaş müharibəsi zamanı öz biznesini qurmağı bacarmışdı. Əlbəttə, o zamanlar bu film kritiklər tərəfindən çox tənqid olunmuşdu. O zamanlar cəmiyyətdə bir xanımın belə hərəkətləri yol verilməz idi. Ancaq o vaxtdan bu vaxtda çox şeylər dəyişib. Sonralar dunyada yeni bir cərəyan başladı və çox böyük əziyyətlərlə qadınların iş şəraitində kişilər kimi eyni dərəcəli hüquqlara sahib olduqları dövr başladı. Artıq xanımlar təkcə xadiməçi, dayə, satıcı və s. Kimi yox, idarəçi, şirkət direktoru, siyasətçi, millət vəkili, hüquqşunas kimi vəzifələrdə də çalışmağa başladılar.

Müasir biznesin ən nüfuzlu qadınları

Ən nüfuzlu iş qadınları deyəndə  əlbəttə ki, İndra Nooyi-ni qeyd etməmək olmaz.

İndra Nooyi “PepsiCo” şirkətinin baş direktor (CEO) vəzifəsində çalışır və illik gəliri 10 mln dollardan çoxdur.

Mişel Obama, Amerikanın keçmiş birinci xanımı olanda gördüyü işlərlə bərabər həmdə Harvardda müdafiyə etdiyi hüquq dərəcəsi və uşaqlarda piylənməyə qarşı keçirilən kampaniyalarda təşkilatçılığı ilə tanınır. Və əlbəttə ki, Oprah Winfrey fikrimcə media sferasında ən uğurlu iş qadınıdır. Onun həyatı və 25 illik karyerası ilə heç bir bestseller müqayisə oluna bilməz. Bu uğurları sayəsində onu demək olar ki, dünyanın hər yerində tanıyırlar.

Hətta tanınmış şou-biznes ulduzlarını da bu siyahıya əlavə etmək olar : Jennifer Lopez və Victoriya Beckham artıq uzun illərdi geyim sektorunda da uğurlara imza atıblar; Beyonce, Kristina Agilera, Rihanna və Britni Spris-in öz parfum seriyaları var; Mariya Şarapova isə dünyanı maraqlı şirniyyat növləri ilə sevindirir.

Biznes qurban tələb edir

Baxmayaraq ki, uğurlu iş qadını öz növbəsində ideal qadın obrazıdır (ideal düşünülmüş şəkil, mükəmməl xarici görünüş, düzgün və gözəl diksiya hamısı yaxşı gəlir ilə vəhdət təşkil edəndə – razılaşın insana təsir edir). Ancaq demək olmaz ki, uğurlu iş qadının həyatı orta statistik qadının həyatından daha asandır. O, həmişə daha güclü və sərt temperamentli kişilərlə bərabərliyini qorumalı və eyni zamanda ailəyə vaxt ayırmalı bir sözlə qadın olmalıdır. Özünü biznesə və politikaya həsr edən xanımlar üçün tam istirahət və yaxınlarla tez-tez görüşlər bu biznes ledinin ən çox zövq aldığı şeylərdir.

Güllü Nağıyeva

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa