Kitab

Bill Qeytsdən 2019-cu ilin Yay Tətili Üçün 5 Kitab Tövsiyəsi

İstirahətə gedərkən özü ilə bacardığı qədər az əşya götürən Bill Gates, yay tətilində hansı kitabı oxuyum deyə düşünənlər üçün 5 kitabdan ibarət bir siyahı hazırlayıb.

1) The Future of Capitalism

Collierin son kitabı, bizə kapitalizm gedişatına dair fərqli yanaşma tərzi göstərir.

 

2) Nine Pints

Müəyyən bir mövzu ilə bağlı dərin məlumat verən kitabları çox sevirəm. Bu səbəbdən də Nine Pints siyahıma daxildi”. deyən Qeytsin məsləhətət gördüyü bu kitabın üz qabığında belə yazılır:
“Pul, tibb və qanın sehrinə səyahət.”

3) Upheaval

Bu kitab isə böhran zamanı, insanların verdiyi reaksiyasından bəhs edir və xalqların vətəndaş müharibəsi və ümümi vəziyyətin pisləşməsi kimi problemlərlə necə mübarizə apardığını nümunə olaraq göstərir.

 

4) Presidents of War

“Bu kitabı almağıma səbəb Vyetnam Müharibəsinə olan marağım idi. Oxuduqdan sonra sadəcə Vyetnam haqqında deyil, Amerikanın 19-cu əsrdə və 1970-ci illərdə etdiyi 8 böyük müharibə barəsində də bir çox şey öyrəndim.”

 

5) A Gentleman in Moscow

A Genteman in Moscow, siyahıdakı tək romandır. Moskvada bir oteldə ömürlük ev həbsinə məhkum olan Kont haqqında yazılan bu roman, hər kəs üçün maraqlı ola biləcək bir süjet xəttinə sahibdi.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa