Kitab

Bill Gates 2020-ci ilin qışında bu 5 kitabı tövsiyə edir

Bill Gates, ənənəsinə sadiq qalaraq hər dəfə yeni il ərəfəsində növbəti aylar üçün kitab tövsiyələrini paylaşır. 1Lady.az olaraq həmin kitabları sizə təqdim edirik. Soyuq qış aylarında maraqlı hekayə və romanlardan zövq ala, amerikan tarixinə fərqli aspektdən baxa və uşaqları gələcəyə daha yaxşı hazırlaya bilərsiniz.

Beləliklə qış aylarında oxuya biləcəyiniz beş maraqlı kitab. 

1) An American Marriage – Tayari Jones

Amerikan evliliyi

“Yanlış bir məhkumiyyətin gənc bir afro-amerikan cütlüyünün taleyinə təsirinin hərəkətli təsviri”- Barack Obama

Selestial və Roy, yenicə evlənmiş bir cütlükdür. Roy gənc rəhbər, Selestial isə yeni həyəcanlı karyera astanasında olan bir sənətçidir. Bir gün ağıllarına gəlməyəcək şəkildə bir zərbə alırlar və həyatları darmadağın olur, Roy etmədiyi bir cinayətə görə 12 illik həbs cəzasına məhkum olunur. Pərişan olan Selestial öz sevgisinə sadiq qalmağa çalışdığı halda, təsəllini ən yaxın dostu Andredə tapır. Royun məhkumiyyəti isə bir anda çıxan əfv fərmanı ilə bitir və o, evinə geri dönür. 

“Amerikan evliliyi” roman janrında yazılmış şah əsərlərdən biri hesab olunmağa layiqdir. Kitab sizə bir-birinə bağlı, lakin öz əllərində olmayan hadisələr səbəbindən ayrılmağa məcbur üç xarakterin qəlblərinin və zehinlərinin dərinliklərinə enməyə imkan verir. 

2) These Truths – Jill Lepore

Bu həqiqətlər

Uzun illərdir Amerikanın ən iddialı qəzetlərindən olan New Yorker üçün yazan, mükafatçı və tarixçi Jill Lepore amerikan tarixinin gözəlliyi və faiciəsini, bölünmüş xalqın köklərini və yüksəlişini bu kitabda nəql edir. ABŞ tarixini 800 səhifəyə sığdırmağa çalışan tarixçi, kitabda fərqli baxış bucaqlarına yer verib. Bill Gatesin dili ilə desək:

“Bu ana qədər oxuduğum amerikan hekayələrinin ən dürüst və cəsarətlisidir. ABŞ tarixi haqqında həddindən çox oxumuş olsanız da, bu kitabdan yeni nələrsə öyrənəcəyinizə əminəm”

3) Growth – Vaclav Smil

Böyümə

Bu sehirli kitabda Vaclav Smil kiçik orqanizmlərdən boyük imperiyalara və mədəniyyətlərə qədər, təbiətdə və cəmiyyətdə böyümənin sistematik təhlilini təqdim edir.

“Sevimli yazıçılarımdan birinin böyümə mövzusunda yeni bir kitab üzərində çalışdığını eşidəndə, səbirsizliklə gözləməyə başladım (iki il öncə yazmışdım ki, necə ki bəzi insanlar Star Wars filminin bir sonrakı hissəsini gözləyir, mən də Smil kitablarını gözləyirəm, bu sözümün hələ də arxasındayam). Məni qətiyyən məyus etmədi. Həmişə olduğu kimi, söylədiyi hər şeylə razılaşmasam belə, keçmişi icmallaşdıran və böyük rəsmi görməyə imkan verən, düşündücürü bir kitabdır”.

4) Prepared – Diane Tavenner

Hazırlıqlı: Dolğun həyat üçün uşaqların nəyə ehtiyacı var?

Hər bir valideyn bilir ki, övladları məktəbdən sonra həyata hazırlamaq uzun və bəzən çətin bir mərhələdir. Tavenner ölkədə öz performansı ilə seçilən ən yaxşı məktəblərin şəbəkəsini hazırlayıb. Həmçinin bu kitab sözügedən mərhələnin öhdəsindən necə səmərli və problemsiz şəkildə  gəlməyə dair sizə bələdçi olacaq. Eyni zamanda kitab uşaqların kollecə və ya ailə məktəbə daxil olması üçün tələb olunanlarda əlavə, həyatlarını necə daha yaxşı yaşaya biləcəklərini izah edir.

5) Why We Sleep – Matthew Walker

Biz niyə yatırıq

Yuxu həyatımızın, sağlamlığımızın və uzun ömürlü omağımızın ən önəmli faktorlarından biridir və iyirmi birinci yüz illikdə bəşər övladı hələ də yuxunun əhəmiyyətini qəbul etməkdən yayınır və yuxu verdiyimiz ilk qurbanlardan biri olur. Müasir dünyada bir çox ağır xəstəlik – alzheimer, xərçəng, çəki artıqlığı, piylənmə, diabet yuxu pozğunluğu və ya çatışmazlığı ilə əlaqədar yaranan xəstəlikdir.

Professor Matthew Walker bu mövzuda 20 illik elmi araşdırmalara əsaslanan və yuxu sirrini açmağa çalışan bir kitab ərsəyə gətirib, kitab öz janrında ilklərdən biridir. Elmi tədqiqatlara sadəcə insanlar deyil, heyvanat aləminin bir çox üzvləri, quşlar, ən fərqli həşarat növləri də cəlb olunub. Kitabda kofein və ya spirtli içkilərin, həmçinin digər zərərli vərdişlərin yuxu rejiminə necə təsir etdiyi də öz əksini tapıb.

“Bu il insan davranışları haqqında bir neçə əla kitab oxudum və bu, ən qəribə və dərinlərdən biri idi. Hər kəs yaxşı bir gecə yuxusunun nə qədər önəmli olduğunu bilir – bəs əlsində yaxşı bir gecə yuxusu necə olur? Walker məni yatma vərdişlərimi dəyişməyə razı sala bildi. Əgər 2020-ci il üçün qərarınız daha bir sağlam həyatdırsa, Walkerin tövsiyələri başlamaq üçün yaxşı bir nöqtədir”.

Bill Gates 2020-ci ilin qışında bu 5 kitabı tövsiyə edir
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa