Biznes ledi

Ruth Handler – Barbi kuklalarını yaradan qadın

Barbi kuklaları – əksər qız uşaqlarının ən böyük arzusudur. Biz isə bu oyuncaqarın yaranmasından danışacağıq.

Sadə amerikan xanım olan Ruth Handler 10 yaşından işləməyə başlayıb və gələcəkdə nəyə nail olmaq istədiyini dəqiq bilib – kollecə daxil olmaq və sərbəst qazanmaq. 1945-ci ildə o, əri Elliot və onun dostu ilə birlikdə o, foto çərçivələri və oyuncaq mebel hazırlayan şirkətin əsasını qoyur. Ruth həmin mebelləri oduncaq qalıqlarından hazırlayır, daha sonra isə o, həyatının başlıca ixtirası olan Barbi gəlinciyini düzəldir.

Image result for ruth handler

Ruth və Elliot Handler

Hal-hazırda Mattel şirkəti – oyuncaq və ailə məhsulları bazarında beynəlxalq liderdir, Amerikanın 100 ən yaxşı işəgötürən şirkətləri sırasına daxildir. Barbi kuklalarının satışı isə korporasiyanın satışlarının 3-də birini təşkil edir.

Barbi kuklaları

Uğurun sirri: Plastik, sarışın saçlı, bədən əzaları nisbətən böyük olan bu kukla o vaxta qədər ki cinssiz-cəsədsiz oyuncaqları əvəzləmiş və 1959-cu ildən bu günümüzə qədər bütün dünya ölkələrində qızların ən sevimlisinə çevrilmişdir.

İşgüzar prinsiplər: Məhsul yaratmaq istəyirsiniz – istehlakçınızı izləyin

Ruth Barbi kuklası ideyasını, qızı Barbaranın kağız gəlinciklə oynamasını izlədikdə gəlib. “Mən düşünürəm ki, belə oyuncaqlar qızlarda özünəhörmət hissinin inkişafına töhfə vermir – axı o kuklanın ümumiyyətlə heç döşü yoxdur” – Ruth sonralar deyirdi.  Barbini isə bahalı geyimlərlə bəzəmək, saçını daramaq, Ken ilə tanış etmək, oyuncaq evcikdə yerləşdirmək mümkün idi – milyonlarla aksessuarın istehsalını isə əlbəttə Mattel şirkəti öz üzərinə götürür.

ruth handler, barbi

Ruth Handler və Barbi kuklası

Televiziya – satışlarının təkanvericisi

Hələ Barbini yaratmazdan öncə, Ruth başa düşmüşdü ki, öz məhsulunu necə irəlilədəcək – Handlerlər ilk dəfə öz oyuncaqlarının reklamlarını  TV vasitəsi ilə Disney cizgi filmlərinin arasındakı fasilələr zamanı efirə buraxdı. Həmin dövrdə digər istehsalçılar reklamı pərakəndə satıcı vasitəsi ilə edirdi. Reklama şirkət 500 min dollar vəsait sərf etdi. Amma əvəzində iki ildən sonra şirkət 14 milyard dollar qazanmışdı. Ona görə də böyüklər bu “sinəli” sarışın yenilyə şübhəli yanaşanda, Ruth nə etməli olduğunu bilirdi və ona görə də yenə TV vasitəsi ilə kütləvi reklama müraciət edir. Barbi kuklarının biri 3 dollardan olan 351 ədəddən ibarət ilk partiyası elə göz qırpımında alınır. İlk 10 il ərzində Barbi kuklaları  Handler ailəsinə 500 milyon dollardan çox qazandırır.

Nəticədə Ruth Handler özünü ssenarist kimi sınayır və “Barbi və Şelkunçik” filminin baş qəhrəmanının yaradılmasında iştirak edir.

Mənbə: РИА Новости 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa