Biznes ledi

Bakı Formula 1 yarışlarının siması Nigar Arpadarai deputatlığa namizəddir

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deputatlığa namizədliyini irəli sürüb.

N.Arpadarai 29 saylı Səbail Seçki Dairəsinə bitərəf namizəd kimi qatılacaq:

“Ətraflı düşünəndən sonra, ailəm, yaxınlarım və hörmət etdiyim insanlarla müzakirə və məsləhətləşmədən sonra 9 Fevral tarixində keçiriləcək Milli Məclisə seçkilər prosesinə namizəd qismində qatılmağa qərar verdim. Səmimi qəlbdən inanıram ki, ölkəmiz və xalqımız bu gün tarixində son dərəcə vacib bir mərhələdən keçir. Dövlət idarəçiliyinə gənclərin cəlb olunması, modernizasiya, inkişaf kimi anlayışlar, adi söz olmayıb, gələcəyin təminatıdır. Bizim və övladlarımızın gələcəyinin təminatı! Ailəsinin və övladlarının gələcəyini, doğma vətənimiz Azərbaycan ilə bağlayan bir insan üçün, bu proseslərdən, xüsusilə də yeni nəsil Parlamentinin, qanunverici və təmsilçi orqanın, formalaşması prosesindən kənarda qalmaq doğru deyil. Bu gün sənədlərimi doğulduğum, yaşadığım və işlədiyim gözəl və sevimli şəhərimizin mərkəzi rayonu olan 29 saylı Səbail Seçki Dairəsinə bitərəf namizəd kimi, qeydiyyat üçün təqdim etdim. Bütün həmvətənlərimi seçki prosesində fəal iştirak etməyə və bununla da Prezidentimizin inkişaf və islahatlara yönəlmiş səylərini dəstəkləməyə çağırıram”.

Qeyd edəki, Nigar xanım əslən Cənubbi Azərbaycandandır, bu barədə o, daha öncəki müsahibələrində qeyd edib

“Atamın nəsli Cənubi Azərbaycandandır. Sonradan Bakıya köçüblər. Ailə quranda da yoldaşıma soyadımı dəyişməyəcəyimi dedim. O da etiraz etmədi. Çünki maraqlı və yadda qala biləcək soyaddır.”

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa