Müsahibə

Bahar İsmayılova: “Bu işi qurmağımla bir çox qadına cəsarət verdim”

“Xüsusi qabiliyyət, bacarıq hər qadının daxilində mövcuddur. Bunu üzə çıxarmaq lazımdır”.

Bu sözlər 1Lady.az-ın bu dəfəki müsahibi, əl bacarığı ilə seçilən Bahar İsmayılovaya məxsusdur. “İnstagram” platformasının yaratdığı imkanlar sayəsində bir çox xanımlar öz əl əməyini biznesə çevirməyə müəssər olub. Müsahibimiz də öz əl işlərini instagram səhifəsində paylaşaraq kifayət qədər müştəri toplayıb və bu bacarığını sonrakı mərhələyə, biznesə çevirməyə çalışır. Sizə Bahar xanımla müsahibəni təqdim edirik:

– Maraqlı işiniz var. Bilmək istərdim bu sənətlə xobbi olduğu üçün məşğul olursunuz ya qazanc gətirir deyə?

 – Bəli işim çox maraqlıdır. Hər bir sifarişimi maraqla, sevgi ilə hazırlayıram. Öz işimdən zövq alıram. Bu işi sevdiyim üçün başlamışam. Başlayanda heç qazancı düşünmürdüm. Sadəcə düşünürdüm ki, artıq işləməyin vaxtıdır. Çünki işləmək başımı qarışdırır. Bekar oturmağı sevmirəm. İndi isə oturmağa heç vaxtım belə olmur.

View this post on Instagram

A post shared by @nubah_design on

–  Belə əl qabiliyyətinizin olduğunu necə aşkar etdiniz?

– Əslində mən nəisə düzəltməyi, yeniliklər etməyi sevirəm. Hər bayramda evimiz üçün dekorlarla nələrsə düzəldirəm. Və bu çox bəyənilir.

Oğlumun ilk dərs günü üçün məktəbli xonçası düzəltmişdim. Başlayanda evdə boş qutu və səbətim var idi. Səbətə oyuncaq ayı, dəftər, karandaşlar, qələmlər və şokoladlar yığdım. Bu cür hədiyyələri başqa səhifələrdə görmüşdüm. İdeya da elə ondan yaranmışdı, düşündüm ki, oğlum üçün özüm hazırlaya bilərəm. O gün çox həvəsləndim və başladım. Fikirləşdim ki, niyə də başqa uşaqlar üçün xonçalar düzəltməyim. Daha sonra hədiyyəlik qutular və gül səbətləri yığdım. Gördüm ki, tələbat yaranır, çeşidləri artırdım. Artıq nişan xonçaları da hazırlaya bilirəm. 

Beləliklə həyatımda yeni bir səhifə açdım. Düşünürəm ki, bu işi qurmağımla bir çox qadına cəsarət verdim. Hər bir qadının özünəməxsus öz bacarığı var, sadəcə bunu göstərmək lazımdır.

  • Sifariş adətən hansı məhsullar üzrə daha çox olur?

– Onu deyim ki, şükürlər olsun Allahıma işim çox yaxşı başladı. Bu qədər sifariş gələcəyini gözləmirdim. Səhifəmdə hansı işimi paylaşmışamsa, hamısı bəyənilib və çox sifarişlər olub.

– Qiymətləri necə təyin edirsiniz?

Buketlər fərqli ölçülərdə olur və hər birinin ayrı – ayrılıqda qiyməti var. Mən tək güldən istifadə etmirəm. Ona fərqli güllər və otlar da əlavə edirəm.

  • İdeyalarda kimsə sizə köməklik edirmi? Ya sifarişçinin arzusuna görə hazırlayırsınız?

– Xeyr, hər bir işim özümə məxsusdur. Müştərilərim səhifəmdəki şəkilləri görüb o işlərimdən sifariş edirlər.

View this post on Instagram

A post shared by @nubah_design on

– Bir çox insanlar belə məhsullar hazırlayır və səhifələrində paylaşırlar. Sizin digərlərindən fərqiniz nədir? 

– Düzdür, mənim işlərimə də bənzəyənlər var. Amma mən çalışıram ki, onların işindən fərqli olsun. Düşünürəm ki, öz əl işlərim fərqlidir və o biri səhifələrdəkindən seçilir.

– Aksessuarların rəngarəngliyi və fərqliliyi diqqətimi çəkdi. Bunları hardan əldə edirsiniz?

– Rastıma çıxan hər bir dekor və gül mağazalarına daxil oluram. Bəyəndiyimi alıb istifadə edirəm. Artıq bəzi məkanlar da var ki, sırf onlardan dekorları əldə edirəm. 

Gül səbəti üçün aldığım sokoladların çoxu qızılı kağızlarla olur. Çünkü bu reng güllerle daha cox uyğun gelir. Ve gözel görüntü bexş edir.

– Gündəlik başqa hansı işlərə vaxt sərf edirsiniz? Gündəlik planlar qurursunuzmu?

 – Gündəlik işlərim hər bir ev xanımının etdiyi işlərdir. Hazırda gələcək planlarım çoxdur. Arzu edirəm ki, bir gün öz butikimi açıb gündəlik vaxtımı orada işlərimlə keçirim.

–  Bu iş üçün ayrıca büdcə ayırırsınızmı?

– Əlbəttə, hər bir işdə olduğu kimi mən də öz işimin üzərindən ayrıca büdcə ayırıram.

View this post on Instagram

A post shared by @nubah_design on

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa