Müsahibə

Bahar Fəttahova: “Hər bir insanın gizli qalan bir istedadı var”

Bəzi insanlar zövqlərinin, gündəlik çətin işlərin arxasında qaldığına inanırlar və bunu biruzə çıxarmağın imkansız olduğunu düşünürlər. Ancaq psixoloqlar, həvəs, sevgi olduqdan sonra hər şeyə zamanın yetəcəyini bildirirlər.

1Lady.az portalının növbəti müsahibi, xobbisini biznesə çevirən Bahar Fəttahova ilə tanış olaq. 

– Bahar xanım ixtisasca jurnalistsiniz, bəs necə oldu ki, heç təhsiliniz üzrə işləmədiniz? 

Öz sahəmdən uzaq düşmədən çalışmışam, çalışdığım dövlət qurumlarında həmişə həm jurnalistika, həm də tərcümə sahəsində çoxlu xidmətlərim olub.

– Muncuqlara marağınız necə yaranıb? Əksər xanımlar rəngarəng aksessuarları sevir, onları düzəltməyi isə heç də hamı bacarmır. 

Hər bir insanın istedadının bir yerdə gizləndiyi bəllidir, onu üzə çıxarmamaq və ya inkişaf etdirə bilməmək uşaqlıqdan bizə deyilən neqativ sözlərdən dolayı ola bilər. Özümdə bu marağı kəşf edəndən bəri onu həyatımın bir parçasına çevirmək qərarına gəldim. Kiçik bir izah vermək istəyirəm. Bu yaxınlarda maraqlı bir çıxışla tanış olmuşam. Amerikalı iş adamı, Stanford Universitetinin professoru David Kelley “İDEO” adlı dizayn şirkəti yaradıb. Onu yaratmaqda məqsəd yaradıcılıq özündə qabiliyyətinə inamı olmayan insanlarda bu güvəni formalaşdırmaq idi. Aparılan sınaqlardan sonra təcrübədə iştirak edən insanların 85%-də yaradıcılıq qabiliyyətinin olduğu aşkar edildi. Hər kəsdə bir istedad var, və dediyim kimi onu üzə çıxarmaq istənilən yaşda özünü doğrulda bilər. Birinci növbədə, əsas gördüyün işin bəyənilməməsinə rəğmən ruhdan düşmədən çalışa bilməkdir.

– Əl işləriniz heç sizə qazanc gətirirmi?

– Bəli, gətirib, indi də gətirməkdədir. Düşünürəm sevdiyin işi qazanc yerinə çevirmək artıq uğurun bir hissədir.

– Hazırda tamamilə fərqli bi sahədə çalışırsınız və əl işləri düzəltməyə də vaxt sərf edirsiniz, ikisi birlikdə çox yorucu olmur?

     – Hazırda növbəli işdə çalışıram, ona görə bacardığım qədər məşğul oluram. Həm də işini gəlir yerinə çevirdiyin zaman məsuliyyət də burada rol oynayır. Elə gün olur bir günü axşama qədər məhz əl işləri və muncuqlarla məşğul olmaq üçün vaxt ayırıram, bu da bir neçə günü kompensasiya etmiş sayılır.

Image may contain: plant

– Nə zaman qərar verdiniz ki, muncuqlara maraq sadəcə xobbi kimi qalmamalıdır və bloq (instagram səhifəsi) yaratdınız?

  – “İşin xobbi kimi qalmamalıdır” fikri ən çox yaxınımda olan insanlardan gəldi. Xeyli dəstəkdən sonra öncə instagram səhifəsi yaratdım, daha sonra sosial şəbəkə üzərindən hər kəsin “sifarişlə” müraciət edə biləcəyi barədə bir post paylaşdım və belə davam elədi.

– Əl işlərini gəlir mənbəyinə çevirmək istəyən xanımlara hansı tövsiyələriniz var? 

    –  İlk vaxtlarda, yaxın insanlara kiçik hədiyyələr etmək olar. Özləri ən qəşəng aksessuarları istifadə etsinlər ki, ətrafdakıların diqqətini çəkə bilsinlər. Ən azı kimsə “qəşəngdir, hardan almısan?” kimi suallar verəcək. Hazırladığın məhsulun paltar üzərində şəklinin diqqətçəkici formada çəkib sosial şəbəkələrdə yerləşdirmək də önəmlidir. Yerli sərgilərdə iştirak edib əl işlərini nümayiş etdirmək olar. Zaman-zaman alıcı auditoriyasının artdığını görəcəklər.

 – Bahar loqolu aksesuarlarının əsas hədəfi hansı yaş qrupu alıcılarıdır? 

 – Müxtəlif yaş qruplu auditoriyanı təşkil edir. Üstünlük təbii ki gənclərdir. Məhsulu gənc audiroriyaya hesablamış olmam bəlkə də, onu “harda, necə istifadə edə bilərəm” sualını ilk növbədə özümə verməyimdən irəli gələ bilər.

 – Elə bir əl işiniz olubmu ki, satmaq üçün hazırlamısınız ancaq sonradan çox bəyədiyinizdən satmağa qıymamısınız?

 – Çox vaxt olur. Bu halı tez-tez yaşayıram. Amma belə olduğunda çalışıram eyni bir şeyi iki dəfə düzəldim.

No photo description available.

 – Əl işlərini sifariş əsasında düzəldirsiniz, ya öz zövqünüz üzrə? 

 – Öz zövqümə görə hazırlayıram, bəzən isə sifarişlə. Kənardan, yəni başqa insanlardan da fikirlər almaq maraqlı olur. Özün bu işin içində olanda öz baxış bucağından baxırsan, başqaları isə fərqli yanaşır. Həmişə elədikcə görürsən ki, ideyadan ideya yaranır.

– Bir aksessuarı hazırlamaq nə qədər vaxtınızı alır? Gələcəkdə bu işi biznesə çevirmək, yəni işi böyütmək kimi hədəfiniz varmı?

 – Bir aksessuarı hazırlamaq maksimum 2 gün vaxt ala bilər, tez də ola bilər. Bu baxır işin çətinliyinə. Təbii ki planlarım var. Ən çox da özümü beynəlxalq səviyyədə tanıtmaq istəyirəm. Bu, birinci arzum olaraq qalır. Bunun üçün hələki xarici saytlarda məhsulu onlayn yerləşdirmək üzərində işləyirəm. Daha sonra, müəyyən baza yaradıb həm yerli, həm də beynəlxalq sərgilərdə iştirak etməyi planlaşdırıram.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa