Tədbirlər

Baba.az uşaqları sevindirdi: “Yeganə məqsəd uşaqları həyata motivasiya etməkdır”

Paylaşmaq paylaşanı daha çox xoşbəxt edir. Kömək edən insan etdiyi köməkdən daha çox zövq alır, nəinki köməyi qəbul edən.

Bütün bayramların kökündə insanları müəyyən müddəlik də olsa qayğılardan uzaqlaşdırıb, xoşbəxt etmək dayanır. Xoşbəxtlik hissini artıran əməllərdən ən başlıcası isə minnətdarlıq və cəmiyyətə geri dönüş – paylaşmaqdır. Sahib olduqlarınıza görə minnətdar olub, gəlirlərinizin ən azı 10%-ni yenidən kainata geri verməli, paylaşmalısınız.

Yeni il ərəfəsində bu paylaşma prosesini “Şaxta Baba” obrazı vasitəsi ilə gerçəkləşdirmək mümkündür.

Artıq üç ildir ki, Baba.az layihəsi məhz bunu gerçəkləşdirməyə çalışıraq minlərlə ucqar kənd uşaqlarını sevindirir. Yüzlərlə xaricdə və ölkəmizdə yaşayan insanlar və onlarla şirkət layihəyə bacardığı qədər dəstək olur.  Sayta daxil olub, uşaqların məktublarını oxuduqca, emosiyalar burulğanına düşəcəyinizi nəzərə alın.

Lahiyənin yaradıcılarından olan Fərhad Ələkbərov ideyanın meydana gəlməsi ilə bağlı hisslərini belə ifadə edib:

“Baba.az layihəsini KSM keys olaraq nəzərdə tutmuşdum (həm sosial layihə, həm də uğurlu marketinq keysi). İşə başlayıb uşaqların hədiyyələrini alanda hər şey dəyişdi. Artıq yeganə məqsəd o uşaqları həyata motivasiya etmək, onlara dəstək olmaq idi.”

Bu il Baba.az 14 şəhər/rayon və 18 kəndə getməyə müəssər olub. Ötən illə müqayisədə işin həcminin 90% böyüməsi olduqca sevindiricidir.

Sonda onu da qeyd edim ki, ABŞ-da olduğum müddətdə, buradakı təşkilatlarda korporativ məsuliyyət, sponsorluq və maddi yardım layihələrinə daha fərqli yanaşıldığının şahidi oldum. İanə cəlb edilməsini prosesinə böyük bir layihə kimi yanaşmaq, onu məqsədli şəkildə düzgün hədəf auditoriyasına çatdırmaq və uyğun mesaj seçmək lazımdır.

Məsələn: Azərbaycanda, bir uşağa bir illik məktəb oxumaq fürsətini hədiyyə edin. Və ya övladlarınıza anlamlı hədiyyə alın (bu zaman uşaqlara digər ehtiyacı olan uşaqların dərnəklərdə düzəltdikləri əl işlərini hədiyyə almaq təklif olunur).

Bu yolla sadəcə bir günlük deyil, daha uzun müddət davam edən, uşaqlara təcrübə qazandıran hədiyyə almış, həm də onların gələcəyinə yatırım etmiş olursunuz. Ümid edirəm ki, bizdə də bu layihələr daha geniş əhatə dairəsına çıxa bilib, növbəti səviyyələrə adlayacaq.

“Baba.az”-a isə gördüyü işdən dolayı sadəcə təşəkkür etmək olar.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa