Qadın hüququ

Azərbaycanın yeni Ombudsmanı Səbinə Əliyeva kimdir?

Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkilinin (Ombudsman) adı məlum olub.

“Finans.az” xəbər verir ki, Milli Məclis sədrinin müavini, İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova bu vəzifəyə namizədlər barədə məlumat verib. Səsvermə yolu ilə Səbinə Əliyeva Azərbaycan Respublikasının yeni Ombudsmanı seçilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini vəzifəsində çalışan Səbinə Əliyeva 3-cü dərəcəli Dövlət müşaviridir. İxtisasca hüquqşunas olan S.Əliyeva, eyni zamanda, hüquq üzrə fəlsəfə doktorudur

Onun namizədliyinin lehinə 104 deputat səs verib.

S.Əliyeva Ombudsman kimi deputatlar qarşısında and içib:

O, parlament üzvlərinə də onu Ombudsman seçdiklərinə görə təşəkkürünü çatıdırıb. “Sizi əmin etmək istərdim ki, əsası ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün səylərimi əsirgəməyəcəm. Vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan insanların bütün azadlıqlarının səmərəli qaydada təmin edilməsi İnsan Hüquqları üzrə Müvəkkilin işinin prioritet istiqaməti olacaq.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində hüquqları pozulmuş vətəndaşlarımızın müdafiəsi, işğal nəticəsində tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması bu işin mühüm tərkib hissələrindəndir”.- deyib.

Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyevin qızı Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. İki övlad anasıdır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa