Xəbərlər

“Head and Shoulders” qadınlara səsləndi: “Heç nəyin sənə mane olmasına icazə vermə”

Azərbaycanın Futbol üzrə qadın komandası reklam çarxına çəkilib. Azərbaycan qadınlarına bu hədiyyəni Procter & Gamble (P&G) şirkəti edib. Şirkətin Head & Shoulders kəpəyə qarşı şampununun bu reklam çarxı 1 il ərzində ümumrespublika telekanallarında yayımlanacaq.

“Heç nəyin sənə mane olmasına icazə vermə” çağırışı edən reklam çarxı qadınların səlahiyyətləndirilməsi istiqamətində P&G şirkətinin atdığı sosial məsuliyyət addımlarının tərkib hissəsidir.

“Uşaq vaxtlarından qızlar da oğlanlar kimi məhəllədə dostları, qardaşları ilə futbol oynamağı xoşlayırlar. Lakin vaxt keçdikcə, müxtəlif maneələr, xüsusilə də ictimai qınaq onları öz arzularından əl çəkməyə, yollarından dönməyə məcbur edir. Doğrudur, oğlanlarda da futbola olan uşaqlıq həvəsi böyüdükcə dəyişə, fərqli ixtisaslar arxasınca gedə bilərlər. Amma bu, onlara ciddi maneələr olması səbəbindən irəli gəlmir” – kişi futbol komandamızla bərabər, qadın futbol komandamızın da

Head & Shoulders reklam kampaniyasında çəkilməsini Procter & Gamble şirkətinin Azərbaycan və Gürcüstan üzrə baş direktoru Değer Kurtaslanoğlu belə şərh edib.

“Qızlarımıza, qadınlarımıza demək istəyirik ki, cinsinizə görə arzularınızın önünə maneələr çəkilməsinə imkan verməyin. Özünüzə güvənin. Çünki özünə güvənməklə hər bir maneəni aşmaq mümkündür. Kəpək kimi özünə güvəni aşağı salan problemə 100% qalib gələn Head&Shoulders ən gərgin və mübarizəli anlarınızda da sizin yanınızdadır. Görünüşünüzə əmin olub, diqqətinizi mübarizəyə və qələbəyə inamla cəmləyə bilərsiniz. Gündəlik məişət problemlərinizin həllində biz yardımçınızıq” – P&G rəsmisi bildirib.

P&G şirkəti ilə AFFA arasında ötən ilin oktyabrından tərəfdaşlıq müqaviləsi imzalanıb. Şirkət Futbol üzrə Azərbaycan Milli Komandasının rəsmi özgüvən tərəfdaşıdır.

Azərbaycanın futbol üzrə qadın milli komandası yaradıldığı gündən heç vaxt özgüvənini itirməyib, qısa müddətdə özünü doğrultmağa imkan tapıb.

Procter & Gamble (P&G) haqqında

P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa