Qarderob

Azərbaycanın “first lady”si Mehriban Əliyevanın gözoxşayan qarderobu

Dünya liderlərinin birinci xanımlarını və aparıcı biznes ledilərini izləyən 1Lady.az təbii ki, Azərbaycanın birinci xanımını diqqətdən kənarda qoya bilməzdi. Xanımların seçdiyi libaslar özünəməxsus və eleqant olmaqla yanaşı, həm də cəmiyyətə müəyyən mesaj ötürür, onu daşıyan xanımın səciyyəvi xüsusiyyətlərini vurğulayır. Məhz bu səbəbdən “first lady”-lərin qarderobları, müxtəlif görüşlərdə yaratdığı obrazlar, daşıdıqları aksessuarlar, üstünlük verdikləri yerli və xarici brendlər dünya mediası tərəfindən dörd gözlə izlənilir. 

“First lady” və eyni zamanda, vitse-prezident olan Mehriban Əliyeva  geyim tərzinə görə dünyanın seçilmiş stil ikonalarından heç də geri qalmır.

Zəkası ilə bərabər, baxımlı xarici görünüşü və zövqlü qarderobu sayəsində Mehriban xanım, güclü və eyni zamanda zərif xanım lider obrazını yaratmağa nail olub. Daim istənilən görüş və ya tədbirə uyğun mükəmməl seçimləri ilə yadda qalmağı bacarmışdır. Alicənablığı ilə diqqət çəkən birinci xanımın əsasən bəyaz, qara və pastel tonların üstünlük təşkil etdiyi kombinləri haqda isə dünya səviyyəsində dəb bloqerləri və jurnallar yazır.


Aşırı dərəcədə dəbdəbədən uzaq, incə zövqə sahib Mehriban Əliyevanın nəinki zərif ziyafət libaslarında, eləcə də rəsmi görüşlərə seçdiyi ciddi işgüzar dəstlərində dəb elementləri dərhal hiss olunur, o nəcib klassik üslubu öz müasir qarderobuna inamla yansıda bilmişdir.




Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa