Xəbərlər

Azərbaycanı “Avroviziya-2020″də təmsil edəcək Samira Əfəndi – Klip təqdim olundu

“Avroviziya-2020″ beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib.

Samira Əfəndi “Kleopatra” mahnısı ilə Rotterdamda (Niderland) səhnəyə çıxacaq.

Təqdim olunan mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Bu kompozisiyanın prodüserləri isə müəlliflərdən biri olan Lyuk Van Birs, digəri isə Toni Kornelissendir. Mahnıda etnik motivlər müasir səs ilə ahəngdar şəkildə uzlaşır. Kompozisiyada YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan Milli aləti tar, həmçinin balaban və ud səslənir.

Mahnının müəlliflərinin qeyd etdiyi kimi, “Kleopatra” azadlığı, daxildən gələn səsə güvəni, hər şeyin çətinləşdiyi, xüsusilə də kiminsə sizə xəyanət etdiyi və ya zərər verdiyi məqamlarda belə “şahzadə” olaraq qalmağı bacarmağı, bunun üçün güc tapmağı təlqin edən kompozisiyadır. Mahnı mürəkkəb sevgi tarixçəsi, dərdi və xəyanəti yaşamış, lakin öz gücünü göstərmiş və tarixdə qadın müstəqilliyinin rəmzi kimi yadda qalmış Kleopatranın timsalında insanlara olduqları kimi qalmağı, ruh yüksəkliyini və özləri ilə fəxr etməyi bacarmağı aşılayır.

Mahnının klipi Qobustan Tarixi Qoruğunda quruluşçu rejissor və operator Aleks Lamax tərəfindən çəkilmişdir. Klipin prodüseri İsa Məlikovdur. Qeyd edək ki, bu, uzun müddət ərzində ilk dəfə “Avroviziya” mahnı müsabiqəsi üçün Azərbaycanda çəkilən klipdir.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa