Sağlam Həyat

Arıqlamaq üçün sağlamlığınızdan olmayın – EDİLMƏMƏLİ OLAN 7 ÜSUL

Çəki problemi yaşayan xanımlar sağlam çəkiyə gəlmək üçün bəzən qeyri-sağlam üsullara əl atırlar. Bilməyərəkdən yol verilən bu səhvlər bəzən arıqlamaq əvəzinə çəkinin daha da artımasına, bəzən də sağlamlıqda qalıcı problemlərə səbəb olur.

Bəs xanımların pəhriz saxlayarkən ən çox yol verdiyi yanlışlar hansılardır?

Endokrinoloq-dietoloq Lalə Şamxalova həmin yanlışları və onların fəsadlarını açıqlayıb.

Lalə Şamxalova – Endokrinoloq-dietoloq. Təhsil: Azərbaycan Tibb Universiteti. Əlavə təhsil: Türkiyə Ege Universiteti endokrinoloji ve metobalizma bölməsi. Əlaqə nömrəsi: 070 858 43 46

1. Yemək rejimini pozmaq və ya hər hansı bir öyünü ləğv etmək.

Arıqlamaq üçün bəzi xanımlar hər hansı bir öyün yeməyi ləğv edir. Xüsusən bu, səhər yeməyi olur. Bir çoxları bu zaman çəki itirəcəyini düşünür. Lakin bu, yanlış davranışdır. Bu yolla bir müddət çəki itirirmişsiniz kimi görüntü yaransa da, lazım olandan daha az kalori aldığınız üçün maddələr mübadiləsi dayanır. Maddələr mübadiləsi dayandıqda isə çəki itirmə yavaşlayır və ya yenidən çəkiniz artmağa başlayır. Yeni pəhrizlər isə orqanizmdə çaşqınlıq yaradır və verdiyinizin 2 qatı həcmində çəki alırsınız.

2. Karbohidratları menüdən tamamilə çıxarmaq.

Ümumiyyətlə, karbohidrat olmayan pəhrizlərlə çəki itirəcəyini düşünmək yanlışdır. Karbohidratı rasiondan tamamilə çıxarmaq insanları şəkərli qidalara yönəldir. Bu zaman edilən ən böyük səhv çörəkdən tamamilə imtina etməkdir. Belə ki, çörəyin tərkibindəki maddələr xoşbəxtlik hormonunun ifraz olunmasını təmin edir və çörəkdən imtina edildikdə yemək zamanı doyma hissi yaranmır. Bu zaman insanlar daha çox şirniyyata meyl etməyə başlayırlar.

Bread on Wicker Basket

3. Ağırlıq etdiyini düşünüb su içməmək.

Bəzi şəxslər su içməyin ağırlıq yaratdığını düşünərək çox su istifadə etməkdən çəkinir. Lakin bu yanlış fikirdir. İnsanlar çəkisinin hər kiloqramı üçün 30 ml su içməlidir. Yəni 60 kq çəkiyə malik şəxslər gün ərzində 1,8 l su istehlak edilməlidir. Suyun kafi miqdarda istehlak edilməməsi, həm həzm sistemini, həm də maddələr mübadiləsini ləngidir.

Woman Drinking Water

4. Porsionlara diqqət etməmək. 

Bəzən yemək ərəfəsində qidamızın porsionuna diqqət etmirik. Məsələn, pəhriz zamanı qida rasionumuza əsasən yüngül yeməkləri və salatları daxil edirik. Pəhriz üçün salat istifadə etmək sağlam olsa da, onun porsionuna diqqət etməmək yanlış addım olur. Məsələn, salat olaraq yarım kiloqram pomidor istehlak etsək çəki alar, bir pomidor istehlak etsək çəki itirərik.

Three Breads With Sliced Vegetables

5. Qeyri-adi pəhrizlərlər.

Bəzən arıqlama sürətini artırmaq üçün qeyri-adi pəhrizlər həyata keçirilir, orqanizmə lazım olan maddələrdən imtina edilir. Bu maddələrin qəbul olunmaması orqanizmə zərər verir. Bu pəhrizlər orqanizmin maddələr mübadiləsində çaşqınlıq yaradır və pəhrizin uzunmüddətli olması orqanizmə zərər verir. Çünki hər bir insanın gündəlik olaraq müəyyən miqdarda karbohidrat, yağ, zülal, mineral və vitaminlərə ehtiyacı var.

Top-view Photography of Sliced Vegetable and Fruits

6. Pəhriz içkiləri.

Araşdırmalar pəhriz içkilərinin zərərli ola biləcəyini sübut edir. Belə ki, pəhriz içkilərinin kaloridən və yağdan təmizlənmiş olması onların zərərsiz olduqları mənasına gəlmir. Çünki bu içkilərin çoxunda sağlamlığımıza mənfi təsir edən kimyəvi dadlandırıcılar var. Buradakı bəzi dadlandırıcılar qan şəkərinin birdən yüksəlməsinə səbəb olur. Bu da aclıq hissini artırır. Xüsusən bura arıqlama çayları daxildir.

7. Mütəxəssis yardımından istifadə edin.

Özünüzdən uydurduğunuz və əks-təsirlərini bilmədiyiniz pəhrizlərdən uzaq olun. Dietoloqlara müraciət edərək professional dəstək alın və unutmayın ki, yanlış pəhriz çəkinizin daha da artmasına və ya sağlamlığınızda bir sıra fəsadlara yol aça bilər.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa