Məşhurlar

Angela Merkel: “Kansler hər zaman xidmət başındadır”

Angela Merkel növbəti seçkilərdə iştirak etməyə hazırlaşmır və 2021-ci ildən sonra Almaniyanın kansleri vəzifəsini tərk edəcək. Bəs, o öz siyasi karyerası haqqında nə düşünür?

Almaniyanın hazırkı kansleri, XDİ (Xristian Demokratik İttifaqı) partiyasının lideri Angela Merkel növbəti seçkilər zamanı öz namizədliyini irəli sürməyə hazırlaşmır. O, artıq 13 ildir ki sahibləndiyi bu postda sadəcə 2021-ci ilə qədər qalmaq niyyətindədir.

Merkel bir qayda olaraq, dünyanın ən nüfuzlu insanlarının reytinqində yer alır və 2018-ci il üçün Forbes jurnalı tərəfindən tərtib edilmiş siyahıda o Donald Trampdan dərhal sonra, dördüncü pillədə qərarlaşıb. Ona prinsipial və öz mövqeyini hər zaman qətiyyətlə müdafiə edən siyasətçi reputasiyası yaraşır.

Mən kansler olanda həmişə belə bir sual yaranırdı: “İndi bizim kanslerimiz qadındır, bəlkə də o, elə də pis deyil, amma görən onun futboldan nə qədər başı çıxır?”

Angela Merkel 10 sitat

Angela Merkelin həyat qaydaları

Kansler postu iqtisadiyyat, xarici siyasət kimi əhəmiyyətli mövzularla sıx bağlıdır. Çoxları inanmırdı ki, mən bunların öhdəsindən gələ biləcəyəm.

Mən özümü heç kəslə müqayisə etmir və heç bir siyasətçinin bioqrafiyasını oxumuram.

Siyasətdə yumor çox vacibdir. Mən gündə ən azı bir dəfə gülürəm, yoxsa mən öz işimi yerinə yetirə bilmərəm.

Siyasətdə ən başlıca vəzifə – mümkün qədər daha çox sayda insanların zehninə yol tapmaqdır. Ona görə də sadəcə nitq (çıxış) burda kömək etməz.  

Bir mətləbdən digərinə keçməyi öyrənmək mənim çox vaxtımı aldı. Bu gün də, hərdən mən dəhşətə gəlirəm ki, nə qədər uzun danışıram.

Mən hər zaman çox diqqət yetirərəm ki, yanımda elə insanlar olsun ki, nəsə qaydasında olmayanda və ya mən nədəsə daha yaxşı ola bilərəmsə, bunu mənə açıq desinlər, həm də elə insanlar olsun ki, onlarla məhsuldar beyin fırtınası etmək mümkün olsun.

Siyasət maraqlıdır və adətən ondan ibarətdir ki, siz səhər kansler iqamətinə gedirsiniz və dəqiq bilmirsiniz ki, axşama qədər nə baş verəcək və siz nəyə reaksiya verməli olacaqsınız.

Kansler hər zaman xidmət başındadır.  Əgər dünyada nəsə baş verirsə, fərq etməz mən haradayam, həftənin hansı günüdür, ya gecə yarısıdır, mən tam hazırlıqlı olmalıyam.

Məni gecələr də tapmaq mümkündür. əgər mən telefonu eşitmirəmsə, mənə tapa bilən biri mütləq vardır.

Qadında sadəcə özü olmaq və özünə güvənmək gərəkdir.

Tarix  təkrarlanmır, əgər təkrarlanırsa – bu səhnələşdirilmiş bir farsdır.

Qorxu– pis məsləhətçidir.

Heç zaman müharibə tərəfdarı olmaq olmaz. Müharibə – hər zaman ən sonuncu arqumentdir.  

Almaniyanın birləşdirilməsindən sonra mənim üçün ən böyük kəşf Qərbdə emansipasiya olmuş və heç zaman işləməyən qadınların olması idi.

Mənim də ailəmdə elə saatlar olur ki, siyasət haqqında ümumiyyətlə danışılmır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa