Biznes ledi

Dünyanın ən nüfuzlu qadını – Angela Merkelin həyat qaydaları

Angela Merkel 10 sitat

Uğur hekayəsi

Angela Merkel (Kasner) 1954-cü ildə Hamburqda dünyaya göz açıb, elə həmin ildə onun ailəsi ADR-ə köçüb. Uşaq ikən gələcək kansler pioner təşkilatında üzv olub, daha sonra isə o, “komsomolun” analoqu hesab olunan – Azad alman gəncləri ittifaqının tərkibinə qatılıb.

Forbes jurnalının versiyasına əsasən Angela Merkel illərdir ki, dünyanın ən nüfuzlu qadınıdır.

Karl Marks adına Leypsiq  Universitetində Angela fizika üzrə təhsil alıb, elə oradaca o, birinci əri Uilrix Merkel ilə tanış olub.

Siyasət səhnəsinə isə o, Berlin divarlarının sökülməsindən az sonra çıxıb. İlk dəfə siyasi arenada kommunist partiyasının deyil, Xristian-demokratik ittifaqının təmsilçisi kimi peyda olub. Qısa müddət ərzində partiyanın dəstəyi və xalqın müəyyən simpatiyası sayəsində, Merkelin siyasi karyerası şiddətlə yüksəlib.1991-ci ildə o, artıq qadınlar və gənclər ilə iş üzrə nazir təyin olunub, 1994-cü ildə o, ətraf-mühit üzrə nazir idi.

1998-ci ildəki seçkilərdə məğlubiyyətdən sonra, onun siyasətdəki  başgicəlləndirici uğurunda müəyyən fasilə yaranır. Qalib isə sosial demokrat partiyasından olur. Amma artıq 2010-cu ildə o, Xristian-demokratik ittifaqının baş katibi təyin olunur.

2005-ci ildə o, Almaniyada ilk xanım kansler olur.

Hələ Xristian-demokratik ittifaqının baş katibi ikən, Merkel bu partiyanın proqramına “insanlıq, bütün nəsillərə qarşı ədalətli münasibət, vətənə və xalq qarşı sevgi, bürokratiyaya qarşı mübarizə” konseptlərini daxil etmişdir.

İstər imicdə, istər də nitqində olduqca təvazökar olduğu üçün, el arasında Angela Merkel “teflon kansler” adını alıb. Siyasətlə az da olsa maraqlanan hər bir kəs bu soyadı eşidib və onun məşhur əl jestini  “evcik” jestini tanıyır. Merkelin sözünə əsasən, o özü bu jesti düşünüb, bu ona publika qarşısından daha inamla çıxış etməyə kömək edir.

Şəxsi həyata gəldikdə isə Merkel ikinci dəfə ailə həyatı qurub, amma ilk ərinin soyadını saxlayıb. Uşaqları isə yoxdur, Merkel deyir ki, uşaq haqda düşünməyə vaxtı olmayıb. 

Angela Merkelin həyat qaydaları

Angela Merkel sitatları

Angela Merkelin həyat qaydaları

  1. Dünya Avropanın əhəmiyyətli problemləri həll etmək əvəzinə, özünü-basdırma ilə məşğul olmasını gözləyən deyil.
  2. Almaniyada ideal alman yoxdur, necə ki, Rusiyada ideal rus yoxdur.
  3. Avropada heç kəs unudulmayacaq. Avropada heç kəs təcrid olmayacaq. Avropa yalnız o halda uğurlu olar ki, biz hamımız birgə işləyək.
  4. Öz partiyası tərəfindən dəstəklənməyən insan, Almaniyanı düz yolla apara bilməyəcək.
  5. Söhbət insan ləyaqətindən gedərsə, biz kompromissə gedə bilmərik.
  6. Almanların dəyişə bilmədiyini söyləmək – nonsensdir.
  7. Kim ki, həyatını siyasətə həsr etməyə qərar verib, bilir ki, pul qazanmaq onun əsas prioriteti deyil.
  8. Sual o deyil ki, “dəyişə biləcəyikmi”, sual odur ki, “biz lazımı qədər sürətlə dəyişə biləcəyikmi”.
  9. Biz cəmiyyətimizdəolan hər bir insanın ayrılıqda qeydinə qalacağıq. Bu bizim vəzifəmizdir.
  10. Biz heç zaman öz ölkəmizin və onun vətəndaşlarının qarşısında bir siyasətçi kimi daşıdığımız öhdəlikləri unutmalı deyilik. Biz həmişə xalqımıza münasibətdə təvazökar qalmağı bacarmalıyıq.
1 Şərh

1 Comment

  1. Pingback: Dünyanı idarə edən qadınlar: Ən güclü 23 qadın diplomat və lider - 1Lady.az

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa