Biznes ledi

Aktrisalıqdan milyonluq biznes sahibinə: Jessica Albadan iş həyatı üçün 12 tövsiyə

Milyonçuluğa gedən yol: Jessica Albadan İş Həyatında Uğur Qazanmaq Üçün 12 Tövsiyə

Aktrisa Jessica Alba, 2012-ci ildə The Honest Company adlı şirkətin qurucu ortağı kimi biznes dünyasına addım atdı. Milyonlarla dollarlıq şirkətin əsas məqsədi, mənşəyi bəlli olan mənbələrdən uşaq və məişət məhsulları istehsal etmək idi.

Alba, bir müsahibəsində bu mövzuda təcrübələrini və necə milyon dollarlıq bir sərvətə sahib olduğunu belə açıqlayır:

1) Davamlı inkişaf

Phil Knightın “Ayaqqabı Satışı” adlı  kitabını oxumaq, biznes modellerinin dəyişməsinin vacibliyi barədə tamamilə gözümü açdı. Bir şirkətin uğurlu olması üçün davamlı olaraq inkişaf lazımdır. Ən güclü şirkətlər belə zəifləyə bilər. Şirkətin böyüməsi və daha güclü olmasi üçün bir çox tədarüklər görmək lazımdır.”

2) Həyat hekayələrindən ilham al

“Roosevelt çox güclü bir qadındır. Bir çox çətinliklər qarşısında dürüstlüyü və səbri ilə insanları motivasiya edir. Bu da mənə uğur qazanacağıma  dair ümid və əzm verdi.”

3)Anı yaşa

”Övladlarımla birlikdə olarkən iş haqqında düşünməməyə çalışıram. Ofisdə olarkən isə bütün diqqətimi işimə yönəldirəm. Beynimin dincəlməsi üçün arada kiçik fasilələr edirəm. Əgər gün ərzində çoxlu iclaslar olacaqsa ofisin ətrafında gəzərək bir az dincəlirəm.Buna vaxtim olmazsa, enerjimi geri qaytarmaq üçüm özümə 1 dəqiqə ayırıram.”

4) İnsanlara dəyər verdiyinizi hiss etdirin


“Kübarlıq sizə  çox kömək edəcək.Sizi alçaldan insanlarla bir yerdə işləməyiniz, inkişafınızın qarşısını alacaq. Səsinizin eşidilmədiyini fikirləşdiyiniz an, motivasiyanız aşağı düşəcək. Bu tipli insanlarla işləmək, hər kəsə söz haqqı verməyin nə qədər  önəmli olduğunu öyrənməyimə səbəb oldu.”

5) İnkişaf prosesini dəstəkləyəcək Mentor tapın


James Cameron ilk mentorlarımdan biri idi. Bu istək və arzularımı reallaşdırmaq üçün məni motivasiya etdi.The Honest Company şirkətini qurduğum zaman  iş dünyası ilə bağlı heç bir təcrübəm yox idi. Bu sahəyə ehtiyac olduğunu gördüm və Jamesin məsləhətlərinə qulaq asaraq öz şirkətimi qurdum.”

6) Dünya görüşünüzü artırın

“Bir gənc olaraq Avstraliyada yaşamağım, həyata baxışımı dəyişdi.Dünya vərəndaşı olmağın üstünlüyünü o zaman başa düşdüm.BBC izləməyə və xarici qəzetlər oxumağa başladım.Müşahidə etdiklərimizdən əlavə dünyada nə qədər çox şeyin olduğunu gördüm.”

7) İnan və ardınca get

“Bu mənim ilk iş fikrim idi və heç bir təcrübəm və təhsilim yox idi.Öz narahatçılığımı dəf edib hər şeyi zamanla öyrənməli idim.Mənim bilmədiyim sahələrdə təcrübəsi olan insanlarla işləməyə önəm verirdim.Bu qədər narahat olmağıma baxmayaraq bu qərarın doğru olduğuna inanmışdım və bacarana kimi durmadan çalışdım.”

8) İşinizlə bağlı mütəxəssislərlə görüşün

“Ətrafınıza fərqli sahələrdən olan mütəxəssislər toplayın.Başlanğıc olaraq o qədər güclü olmasa da hamımız əlimizdən gələni etdik.Yüksələn bir şirkət olaraq hər işi öz mütəxəssisinə həvalə edirik.Hər kəs hər işdə yaxşı ola bilməz.Bunu xatırlamaq və tətbiq etmək olduqca önəmlidir.”

9) Hər Kəs Səhv Edə Bilər


“Daha öncə öz sahəsində uğur qazanmış birinə də tam güvənməməlisiz. İş dünyası çox sürətlə dəyişir.Ona görə də insanların əvvəllər uğur qazanmış olmaları hər zaman uğurlu olacaqlarının qarantiyası deyil.”

10) Özünə layeyd yanaşma
Beynin daha məhsuldar olması üçün 2 şeyə diqqət edirem: bol su içmək və yuxu rejimi. İş  və şəxsi həyat arasındakı balansı qorumaq çox önəmlidir. Hansı işi görürsünüzsə, fikrinizi tam ona yönəltməlisiz. Özünüzə vaxt ayırın və dincəlməyi unutmayın. Əgər özünüzə laqeyd yanaşsanız, tez də tükənəcəksiz. Vaxtınızı doğru idarə etməyiniz tükənməyin qarşısını alacaq. Yox deməyi bacarın.”

11) Soruş və öyrən

“Çarəsiz olduğum anlarda insanlardan məsləhət alıram. Fərqli sahələrdə olan insanlarla görüşürəm və onların problemləri necə həll etdiyini öyrənirəm. Öz sahənizdən kənar sahədə çalışan insanların da fikri önəmlidir. Fərqli fikirləri hər zaman nəzərə alın.”

12) Çətinliklər səni gücləndirəcək
“Hər zaman öyrənmək lazımdır. Şirkəti böyütmək üçün çox şey öyrənirəm. Böyümə sürəti çox önəmlidi və bu zaman çətinliklər də artır. Bu isə sizin yeni şeylər öyrənməyinizə və inkişafınıza səbəb olacaq. Həm də gələcəkdə ola biləcək böhranlara sizi hazırlayacaq.”

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa