Biznes ledi

Adi zənn edilən su şüşələri qadına milyon dollar qazandırdı

Kimin nə zaman və ya harada bəxtinin gətirəcəyi bəlli deyil. Bu, bəzən şans, bəzən isə göstərilən əzmlə bağlı ola bilir.

Sarah Kauss adlı biznes qadınının da həyatı məhz ideyasını reallaşdırmaqla dəyişib. Belə ki, o, Harvard Bisnes School-dan məzun olduqdan sonra bir neçə şirkətdə çalışıb. Lakin çalışdığı dövrdə ağlına gələn bir fikirlə milyon dollarlıq bir şirkətin başına keçib. Bu, istehsalatına başladığı su şüşələri ilə bağlı olub. Gəlin, bu hekayəyə yaxından nəzər salaq:

2010-cu ildə istehsalına başladığı su şüşələrinin əsas məqsədi soyuğu 24 saat, istiliyi isə 12 saat mühafizə etməkdir. Ancaq Sarah Kauss rəqiblərindən çox daha fərqli bir şey etmək və ulduz kimi parlamaq istəyirdi.

Buna incəsənətin rəngli dünyasından istifadə etməklə nail olub. Kauss məhsullarının görünüşünə çox diqqət edirdi. Məhsullar fərqliliyi və ecazkar görünüşü ilə seçilirdi. İşi barədə olan xəyalı isə 2012-ci ildə Starbucks ilə apardığı anlaşma ilə daha da genişlənib. Belə ki, daha çox insana öz məhsullarını tanıda bilib. Bu, moda dizayneri Anna Sui ilə bağladıqları saziş vasitəsilə gerçəkləşib.

Image result for s'well bottles

Beləliklə, 2010-cu ildə yaratdığı S-vell markasının satışları 2015-ci ildə 50 milyon dollar, 2016-cı ildə 100 milyon dollar olub.

Sarah Kauss açıqlamasında bu işə 30 min dollarla başladığını və biznesinin bu qədər genişlənəcəyini zənn etmədiyini bildirib.

S-vell markası həmçinin təbiətə bəxş etdiyi faydası ilə də diqqətləri üzərinə toplaya bilib. Buna səbəb isə şüşələrin tərkibində zərərli kimyəvi maddələrin olmaması olub. Hətta paslanmayan poladdan olduğu üçün plastiklərin təbiətə verdiyi zərərin qismən qarşısını almağa kömək edir.

Sarah Kauss bu mövzuya olduqca həssas yanaşdığını qeyd edir. Həmçinin şirkətinin adından Afrikada yaşayan uşaqların təmiz su ehtiyacını qarşılamaq üçün UNİCEF-ə maddi yardım göstərir.

S. Kauss müvəffəqiyyətinin səbəbini mübarizəni heç zaman dayandırmaması, xəyallarının ardınca getməsi və arzuları üçün kifayət qədər əzm göstərməsi ilə əlaqələndirir.

Image result for Sarah Kauss

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa