Həyat tərzi

8 Martda 12 hədiyyə: Onlar sizdən bu hədiyyələri gözləyir

Qarşıdan 8 Mart kimi gözəl bayram gəlir, bu isə güclü cinsin nümayəndlərinə öz sevgilərini nümayiş etdirmək üçün əlavə bir fürsət yaradır.

Amma bu gün qadınları təbrik edəcək şəxslər təkcə sevgililəri deyil, həm də övladları, doğmaları, iş yoldaşları, müdirləri, tələbələridir.

Hədiyyə seçimi isə biri-birindən çoxdur. Bunlar isə sevdiyiniz qadını xoşbəxt etmək üçün edə biləcəyiniz ən yaxşı hədiyyələr:

Fikirləşirsiniz ki, o çox romantikdir və hədiyyə mütləq romantik olmalıdır? Yanılırsınız, hər bir romantik görünüşün arxasında soyuq zəka daşıyan ciddi şəxsiyyət də ola bilər və bəlkə də onun gözləntisi daha praktik hədiyyələrdir.

Məndən çox noutbukla vaxt keçirirsən 🙂 

Image result for the best laptop

Sevdiyiniz qadın işgüzardırsa, bloq yazırsa, araşdırma etməyi sevirsə, tələbədirsə, bir sözlə kompüter arxasında çox vaxt keçirirsə, ona verə biləcəyiniz gözəl hədiyyə noutbuk ola bilər. Noutbuk – bank və maliyyə, SMM, PR, HR, satınalma, jurnalistika və digər sahələrdə çalışan xanımlar üçün gözəl hədiyyə ola bilər.

Gözəl anları əbədiləşdir!

Selective Focus Photography of Woman Holding Dslr Camera

Ağıllı telefonlar sayəsində hər kəs özünü fotoqraf kimi hiss edə bilər, amma telefonlar heç zaman fotoaparatları əvəz edə bilməz. Sevidiyi anları, gördüyü gözəl mənzərələri, qəlbindəki hissləri belə əbədiləşdirmək üçün ona fotoaparat hədiyyə edə bilərsiniz. Bu bəsit fotoçərçivə hədiyyə etməkdən daha effektivdir. Dizayner, toy təşkilatçısı, müxbir, səyahət etməyi sevən hər bir xanım üçün gözəl hədiyyədir – fotoaparat.

Əgər noutbuk, fotoaparat kimi bahalı hədiyyələri almaq üçün kifayət qədər pulunuz yoxdursa Bolkart kredit kartının sərfəli təkliflərindən yararlana bilərsiniz. Belə ki, əməkdaşlıq etdiyi 50-ə yaxın elektronika və məişət texnikası mağazaları şəbəkəsindən (Baku Electronics, Kontakt Home, Optimal, Music Gallery və s.) istədiyiniz məhsulu Bolkart kredit kartı ilə ala və ödəməni hissə-hissə 18 ayadək edə bilərsiniz. Həmçinin kart sizə kredit müddətinizdən asılı olaraq əlavə 10%-dək ballar qazandıracaq. Öz Bolkartınızı elə indi sifariş edin!

8 Martda xanımları Bank of Baku-dan hədiyyələr gözləyir!

Hər zaman mənimlə ol!

Woman Wearing Peach Dress and Black Jacket's Left Hand Closeup Photography

Zövqlə seçilmiş – işgüzar və lakonik görünüşlü saat həm də iti ağlın nümayəndəsidir. Saat hədiyyə edərkən – “Bundan sonrakı zamanımı səninlə keçirmək istəyirəm” (sevgi münasibətində), əminəm ki, “time management”in öhdəsindən daha yaxşı gələcəksiniz” (işgüzar münasibətdə), “Bütün xoşbəxt anlarımda yanımda olmanı istəyirəm” (doğmalıq münasibətində) mesajlarını da çatdırmağı unutmayın.

Oxumaq və yenə də oxumaq

Woman In Brown Suede Peacoat Reading A Book

Kitab – kiçik bir investisiya alətidir. Bu işgüzar xanım üçün özünü təkmilləşdirmə yolunda bir addımdır. Bu hədiyyə xanımınızın zövqünə bələd olduqda daha çox işə yarayar. Məsələn, o, romantik komediya janrını və ya sevgi romanlarını xoşlayır, bəlkə dedektiv janrına üstünlük verir? İşgüzar xanımlara isə spesifik, çalışdığı sahəyə uyğun ən yeni – trenddə olan kitabı bağışlamaq olar. Həmçinin xanımınıza hansısa kitab klubuna üzvlük kartı və ya sevdiyi dərgiyə bir illik abunəlik da bağışlaya bilərsiniz ki, il ərzində ondan faydalana bilsin.

Kiçik investisiya

Women Wearing White Long-sleeved Collared Shirt Holding Bitcoin

Viruslar səbəbindən dünyanın bir çox ölkələrində səhm qiymətlərində enişlər müşahidə olunur. İndi investisiya etmək üçün ideal zamandır, virus üçün çarə tapıldığı anda qiymətlər yenə əvvəlki səviyyəsinə qayıdacaqdır.  Xanımınıza ən çox sevdiyi brendə məxsus kiçik bir səhm hissəsi hədiyyə edə bilərsiniz – mümkünsüz səslənsə də əslində elə də çətin deyil. Ehtiyacı olduğu təqdirdə ona bir illik avtomobil sığortası bağışlaya bilərsiniz. Əlbəttə, bu seçimlər sizin sevdiyiniz şəxsi nə qədər yaxşı tanıdığınızdan asılıdır. Hədiyyə kimi kriptovalyutaları da nəzərə ala bilərsiniz. 

Səhər yeməyinə nə var?

Pink Petaled Flower Near White Ceramic Plate

Hər şey günə gözəl başlamaqdan başlar, əgər siz səhəri birlikdə açırsınızsa, ona çox incə bir səhər yeməyi hədiyyə edə bilərsiniz. İldə bir dəfə sizi xoşbəxt edən xanım üçün romantik bəy olmaqdan çəkinməyin. Amma əgər ki, birgə həyata hələ başlamamısınız, onu səhər yeməyinə aparın, bu sizin hazırladığınız piknik də ola bilər, ya da hansısa restoranda “səhər kahvaltısı” da. Birlikdə keçirilən səhər yeməyi münasibətləriniz üçün yeni bir mərhələ olacaq.

Gəl, birlikdə qaçaq!

Man and Woman Sitting on Bench

Hər kəsdən uzaqlaşmaq vaxtıdır. Xüsusən də əgər çoxdan ona lazımınca vaxt ayıra bilməmisinizsə. Səyahətlər heç də böyük büdcə tələb etmir. Mütləq deyil ki, Yeni Zelandiyaya, ya Baliyə gedəsiniz. İmkan daxilində ona birlikdə keçirəcəyiniz günlər hədiyyə edin. Bu həftə sonu və ya Novruz tətili zamanı birlikdə gedəcəyiniz bir səfər ola bilər. Büdcədən asılı olaraq, Lənkəran, Lerik, Qəbələ, Qax, İlusu və ya digər bir bölgə ola bilər, ya bir iki günlük Gürcüstana qaçmaq olar. İmkanı çatanlar, İstanbul, Kappadokiya, Avropanı xəyal edənlər, Napoli, Florensiya və ya Venessiya, zövqdən və büdcədən asılı olaraq. Birgə səyahət, ikinci bal ayı və ya macəra dolu bir həftə sonu.

Peşəkar kurslar – sən bacararsan!

box, business, celebrate
Xanımınız SMM sahəsində biliyini artırmaq istəyir? Bəlkə CFA dərəcəsinə yiyilənmək istəyir? Bəlkə arzusu qolf oynamağı öyrənməkdir. Çoxdandır ki, fransız dilini öyrənmək istəyir, amma başlaya bilmir? Bəlkə, vəzifəsində dəyişiklik olub amma yeni işinə öyrəşə bilmir, ya çoxdandır kodlaşdırma kurslarına getmək istəyir? Əmin olun ki, onun öyrənmək istədiyi nədir? Bu iş bir az araşdırma tələb edir, amma ona özünü təkmilləşdirmə imkanı verdiyiniz üçün sizi daha çox sevəcək. Bu hədiyyə korporativlər tərəfindən də istifadə oluna bilər.

Romantik film

Image result for watching movies

Bu il 8 mart günü bizim kinoteatrlarda elə də maraqlı premyera yoxdur, amma bir neçə izlənəcək film var. Amma bəzi fimlər var ki, onlara ikilikdə evdə baxmaq məsləhətdir, bunun üçün öncədən hazırlaşıb, onun sevdiyi filmi kompüterinizə yükləyə bilərsiniz. Film seyri üçün lazım olan çərəzləri də öncədən hazırlamağı unutmayın.

Çoxdan gözlənilən o an

Group of People Inside Disco House

Əgər onu yaxşı tanıyırsınızsa, mütləq zövqünə və istəklərinə bələdsiniz. Əlbəttə ki, onun getmək istədiyi hər hansı bir konsert, tamaşa və ya futbol matçı ola bilər. Məsələn bu il futbol üzrə DÇ elə də uzaqda keçirilmir və əgər xanımınız futbolu sevirsə və siz də xanımınızı sevirsinizsə, niyə də yox. Bu çempionatı birlikdə keçirin. Və ya ona sevdiyi bir ulduzun konsertinə bilet hədiyyə edin. Biletlər çox gözəl hədiyyədir, siz biletlə yanaşı həm də ona sizinlə birgə keçirəcəyi zamanı hədiyyə etmiş olursunuz.

Çiçəklərsiz olmaz

Orange Tulips in Gray Plant Pot

Romantik xanımlar çiçəkləri sevər, ağıllı xanımlar isə kişilərinin pulunu bu gün olub, sabah solan çiçəklərə xərclənməsini istəməz. Amma yenə də çiçəklər 8 Mart-ın vaz keçilməz atributlarından biridir. Digər bir maraqlı variant isə dipçəkdə gül hədiyyə etməkdir. Sevgi zəhmət istəyir, çiçək də diqqət.

Sevgi etirafı et!

Man Holding Baby's-breath Flower in Front of Woman Standing Near Marble Wall
Əgər ona hələ də etiraf etməmisinizsə, bu bayramı fürsətə çevirə bilərsiniz. Bəlkə də bu ona bağışlayacağınız ilk üzükdür, bəlkə də deyil, amma sevgini etiraf etmək, münasibətlərə həyəcan qatmaq hər zaman gözəldir. Bu tip xatirələr yaddan çıxmaz – ürəyə möhkəmcə həkk olunar.

Daha bir neçə tövsiyə:

Hədiyyə siyahımız praktikdən romantikə doğru dəyişdi, amma bu hələ son deyil. Həyatınızda olan xanımlara edə biləcəyiniz hədiyyələr çoxdur. Bu iki günlük oteldə qonaqlama, gözəl bir spa-gözəllik salonunda özünəqulluq proseduru, maraqlı ətir dəsti və s ola bilər.

celebration, close-up, decoration

Amma musiqi üzərindən yanaşsaq, musiqi dinləmək üçün cihaz – məsələn ipod və ya orijinal bir disk – və ya xanımınız üçün hazırladığınız playlist ola bilər. Əlbəttə daha romantik və səs imkanları olanlar, serenada oxuya və ya mahnı da bəstələyə bilər. Yaradıcılıq məhdudiyyət tanımır.

Praktikliyi sevən xanımlara, onların işini asanlaşdıracaq hədiyyələr ala bilərsiniz. Məsələn eynək, soyuq havalar üçün əlcək, xanımızın işinə yarayan aksessuar. Əgər xanımınız evdardısa bu o, demək deyil ki, hədiyyəniz mütləq ya tozsoran, sokçəkən, mikser və ya ya ətçəkən maşın olmalıdır. Amma bu kimi ehtiyaclar varsa, onlar ilk növbədə qarşılanmalıdır.

Sonda onu deyim ki, sevdiyiniz xanıma diqqət ayırarkən, sizi dünyaya gətirən anaları və nənələri unutmayın. Bayram günü onları sevindirmək borcumuzdur.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa