Motivasiya

7 Gündə Daha Yaxşı bir həyata sahib olmağın 7 Yolu (foto)

Həyatınızı daha yaxşı etmək üçün ən birinci bu barədə doğru qərarlar verdiyinizdən əmin olmalısınız. Hər şeyi yoluna qoymaq üçün verdiyiniz radikal qərarlar sizə daha cəlbedici gələ bilər amma əslində zamanla atdığınız kiçik addımlar daha güclü təsirə malikdir.

Əgər doğurdan həyatınızı dəyişdirmək istəyirsinizsə bununla bağlı kiçik addımlar atmağa başlamalısınız. Daha az stress, rahatlıq  və sizə görə nələrin önəmli olduğunu bilməyiniz üçün 7 addımı sizinlə paylaşıram. Bu gündən başlayın və bir həftə sonra kiçik şeylərlə  həyatınızın nə qədər dəyişdiyinin özünüz şahidi olacaqsınız.

1. Hər zaman etmək istədiyiniz bir işi öyrənmək üçün planlar qurun

Həmişə öyrənmək istəyib amma vaxt tapmadığınız nələr var? Məsələn, Photoshop, yeni bir dil və ya tikiş tikməyi öyrənmək ola bilər. Həyatınızı daha yaxşı etmək üçün öyrənəcəyiniz peşə üzrə planlar qurun.

Planı qurduqdan sonra bu sahədə təkmilləşmək üçün lazımlı məlumatları əldə edin. Məsələn, əgər bir dil öyrənəcəksinizsə bunun üçün bir çox proqram və onlayn saytlar var. Hər gün 15-30 dəqiqə ayırmaqla yeni biliklər əldə etmək heç də çətin deyil.

Man Riding Horse

Bəs, Siz at çapmağı öyrənmək istərdiniz?


2. Hər gün özünüzü mükafatlandırın

“Hər gün özünüzə bir  hədiyyə verin. Planlaşdırmayın, gözləməyin. Sadəcə edin. Yeni bir köynək və ya bir fincan kofe, nə olarsa..”

Woman Jumping While Holding Four Balloons
Ümumiyyətlə insanlar ancaq xüsusi günlərdə özlərini mükafatlandırmağın doğru olduğunu düşünürlər. Əslində bu belə deyil. Bəzi şeylərə sahib olmaq üçün çox da əziyyət çəkmək lazım deyil. Bir az da özünüzə fürsət yaradın. Hər gün özünüzə özəl bir hədiyyə vermək sizi daha da xoşbəxt edəcək.

3. İdman etməyə başlayın

İdman etmək təkcə sağlam həyatın bir parçası demək deyil. İdman etməyin sizin rejiminizə, normal çəkidə qalmağınıza, stress və iştahınızın azalmağına çox böyük təsiri var.Səhiyyə işçiləri, həftədə ən az 150 dəqiqə yüngül də olsa, idmanla məşğul olmağı məsləhət görür.   Siz də həyatınızı bu yöndə dəyişdirin.

Photo of Man Jumping On Box

İlk etapda,  hansı səviyyədə olduğunuzu  sonra da hədəflərinizi müəyyənləşdirin. Arıqlamaq, çevik olmaq və ya əzələ yığmaq istəyirsiniz?

Hədəflərinizi müəyyənləşdirdikdən sonra nə qədər irəlilədiyinizi görməyiniz daha asan olacaq. Məşq etməyi, həyatınızın bir hissəsi halına gətirin.
 
4. Zövq almadığınız şeyləri həyatınızdan çıxarın

Yəqin ki, Marie Kondo haqqında eşitmisiniz.
Yaşadığınız  yerdə, artıq əşyalardan xilas olmaq üçün özünüzə “Mən bundan zövq alırammı?” sualını verin. Əgər cavabınız yoxdursa, həmin əşyaları atın. Bu variantı sevib-sevmədiyiniz o qədər də önəmli deyil. Əsas olan rahat  bir həyat üçün düzgün rejimə  və təmiz əhatəyə sahib olmaqdır.

Woman Holding Gray Ceramic Mug

Komfortlu həyat stressi azaldır. Səliqəli bir mühitdə işləmək, hər şeyin istifadəyə yararlı olmağı daha məqsədəuyğundur .

Ətrafı səliqəyə salaraq, artıq əşyalardan xilas olduğunuzda, bunun sevincini  yaşayacaqsınız.

5. Ölmədən öncə edəcəklərinizin siyahısını hazırlayın

Ölmədən öncə edəcəklərinizin siyahısına Bucket List deyilir. Bu siyahı, həyatda sizin üçün önəmli olanları kəşf etməyiniz üçün ideal  bir variantdır.

Ballet Dancer Performing Stunt With Eiffel Tower Background

Bu siyahı istənilən ölçüdə ola bilər, qısa və ya uzunmüddətli hədəflər təşkil edə bilər. Bir Bucket List hazırlamağın məqsədi, günlərinizin hədər yerə getməyinin qarşısını almaq və bir yön  göstərməkdir. Təcrübədən keçirmək  və etmək istədiklərinizə qərar verdikdən sonra dünyanızı kəşf etməyə və sizi xoşbəxt edən xatirələr toplamağa başlaya bilərsiniz.

6. Qorxularınızla üzləşin

Hamımızın bir çox qorxuları var. Qorxularımız bizi güvəndə saxlayır amma bütünlüklə ona təslim olanda həyatımızı çətinləşdirməyə başlayır. Qorxularınızı tanıyın; bəziləri doğru qorxular, bəziləri isə təlaşdan yaranır.

Militray Men Sky Diving“Əsl” qorxularınızı bir kənara qoyun və beyninizdə canlandırdığınız “saxta” qorxularla üzləşin. Qorxularınızn üstünə getdikcə onların öhdəsindən gəlməyi bacaracaqsınız.Qorxularımızı tanımaq  eyni zamanda başqalarına mərhəmətli davranmağımıza səbəb olacaq.

7. Köhnə dostunuzla əlaqə qurun

Köhnə dostla yenidən əlaqə yaratmaq qədər gözəl bir hiss yoxdur. Bəzən dostluğumuza zaman və məsafələr mane olur. Ancaq nə vaxt görüşsək keçmiş xatirələr yada düşür və aramızdakı dostluğun nə qədər möhkəm olduğunu görürük. Beləliklə 2 il belə görüşməsək, dostluğumuza eyni yerdən davam edə bilirik.

Two Smiling Women Sitting on Wooden BenchKöhnə dostlarınız sizə  əvvəllər həyatın nə qədər çətin olduğunu xatırladarlar ve beləliklə siz bu gününüz üçün daha doğru qərarlar verə bilərsiniz. Bəlkə də, əvvəl düşündüyünüzdən daha irəlidəsiniz, bəlkə də tam tərsi, artıq o düşüncədə deyilsiniz. Köhnə dostlar həmişə keçmişinizi unutmamağa və gələcəyinizi qurmağınıza kömək edər.

7 Gündə Daha Yaxşı bir həyata sahib olmağın 7 Yolu (foto)
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa