Şəxsi İnkişaf

5 Effektiv Fəaliyyət: İllik məzuniyyətdə özünü inkişaf yolları

İllik məzuniyyət adından da göründüyü kimi ildə bir dəfə olur, bu dövrü həm dincələrək, həm də özünüzü inkişaf etdirərək keçirmək üçün sizə 5 effektiv fəaliyyət növü təqdim edirik. Yaxınlaşın! 

İllik məzuniyyət hər il səbirsizliklə gözlədiyimiz və bizi motivasiya edən bir dönəmdir. Ancaq bir göz qırpımında keçən bu məzuniyyətdən sonra “zamanımı yetərincə dəyərləndirə bilmədim” kimi bir hissə qapılırıq. Halbuki həm dincəlmək, həm də özünüzə yatırım etməyiniz üçün əla bir fürsət olan illik məzuniyyətlərdə, məşğul olacağınız bir çox fəaliyyətlər var. Bunlara misal olaraq:

1) Plansız səyahətlər edərək həyatın monotonluğuna son qoyun

Plansız səyahət

Plansız səyahət

İllik məzuniyyətlər, xaricə getmək və monoton həyatdan xilas olmaq üçün əla bir fürsətdir. Bu fürsəti dəyərləndirərkən plan qurmağa çalışmayın. Çünki hal-hazırda olan həyatınız onsuz da işinizdən ötrü planlı bir şəkildə davam edir.

Plansız şəkildə edilən səyahətlər mədəniyyət fərqini, başqa insanların yaşayış tərzini və həyatın nə qədər rəngarəng olduğunu sizə göstərəcək.

2) Heç oxumadığınız səpkidə kitablar oxuyun

Yeni janrda kitab oxu

Yeni janrda kitab oxu

Hər insanın oxumaqdan zövq aldığı xüsusi janrlar var. Bəzi insanlar klassik romanları, bəziləri isə detektiv romanları oxumağı çox sevir. Əlbəttə sizin də bir kitab zövqünüz və seçiminiz var. Lakin davamlı olaraq eyni tərzdə oxuduğunuz kitablar sizə maraqlı gəlməyə bilər. Əslində heç vaxt oxumadığınız kitabları sevib-sevməyəcəyinizi bilə bilməzsiniz. Çünki onları heç oxumamısınız və heç bir məlumatınız yoxdur.

İllik məzuniyyətlər yenilikləri təcrübədən keçirmək üçün ən uyğun zamandır. Bəlkə də heç vaxt oxumadığınız bir səpkidə olan kitabları çox sevəcəksiniz. Həmçinin təcrübədən keçirdiyiniz kitablar zehni inkişafınıza öz müsbət təsirini göstərəcək. Kitab oxuyaraq həm zehninizi, həm də fiziki cəhətdən dincələrkən özünüzü də inkişaf etdirmiş olacaqsınız.

3) Özünüzə uyğun idman növü seçin və davamlı olaraq məşğul olun

Woman Doing Yuga on Seashore

Təbii ki, işləyərkən idmanla məşğul olmaq üçün vaxt tapmaya bilərsiniz. İllik məzuniyyətinizdə buna bol vaxt ayıra bilərsiniz. Əgər heç vaxt idmanla məşğul olmamısınızsa özünüzə uyğun bir idman növü seçin və həyatınızın bir hissəsi halına gətirin. Buna yoqa, fitnes, üzgüçülük və ya hər hansı bir idman növü aid ola bilər.

4) Məlumatınız olmayan bir mövzu seçin və bu barədə araşdırmalar aparın

Araşdırma edin

Araşdırma edin

İllik məzuniyyətlərdə həm dincəlib həm də məlumat bazasını artırmaq istəyənlər üçün ən gözəl fəaliyyətlərdən biri də məlumatsız olduğunuz sahələrdə kiçik araşdırmalar aparmaqdır. Balıq növləri, klassik musiqi tarixi və ya Yunan Astrologiyası və s. kimi istənilən mövzunu seçə bilərsiniz. Yetər ki bir az həvəsə, bir az da motivasiyaya sahib olun.

5) Öz sahənizə uyğun olaraq ingilis dili kurslarına qatılın

Yəqin ki, işləyərkən ingilis dilinizi inkişaf etdirmək üçün vaxt tapa bilmirsiniz. İllik məzuniyyətləriniz dil biliklərinizi inkişaf etdirmək üçün ən uyğun zamandı. Əgər xaricdə təhsil almaq istəyirsinizsə həm istirahət edərək, həm də öyrənərək tətilinizi keçirə bilərsiniz. Daha effektli olması üçün özünüzə uyğun bir kurs tapmalı sonra da dərslərə nizamlı olaraq getməlisiniz. Hansı kursların sizin üçün yararlı olduğunu araşdırarkən sahənizə uyğun olmasına da diqqət göstərin.

 

İngilis dilində intervülərə hazırlaşırsınızsa bu yazı sizin üçündür. Şəkilə klik edib oxuyun. 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa