Şəxsi İnkişaf

30 yaşınız varsa bunları edin – Təcrübədən keçmiş həyat dərsləri

Həyatın və yaşanılanların ən dəyərli müəllim olduğunu bildirirlər. İnsanların əksəriyyəti ən vacib dərsləri yaşayaraq məhz çətin yoldan öyrənirlər.

İdeapod sosial media platformasının təsisçilərindən olan  Justin Brown da yaşadığı çətin anlardan çıxardığı ən vacib dərsləri bir araya gətirib:

“30 yaşından kiçiksinizsə burada paylaşdığım hər dərsi mümkün qədər diqqətli düşünün. Yaşınz 30-dan yuxarıdırsa və hələ də bu dərslərdən bəzilərini öyrənməmisinizsə, bunları anlayıb qavramaq zamanıdır”.

Kimsə sənə yardım etməyəcək

Öz həyatın üçün məsuliyyət hiss etməlisən. Hər şey sənə bağlıdır. Özünə yardım etməlisən.

Hər şeyi edə bilməzsən

Daxilində xüsusi bacarıqlar hiss edə bilərsən. Bu gözəl hissidr. Ancaq məhdudiyyətlərin var. Hər dəfə diqqətinizi tək bir şeyə yönəldin.

Uğursuzluqların əslində əhəmiyyəti yoxdur

Uğursuzluqlarınızın bəhrəsini əldə etmək üçün sıraya girin. Nə qədər tez zamanda uğursuzluq əldə etsəniz o qədər daha tez qazanmağa başlayarsınız.

Mütəmadi olaraq idmanla məşğul olun

Sağlamlığınıza və vücudunuza yaxşı baxın. Çünki böyük ehtimal hər biri hazırda yaxşı vəziyyətdədir. Ancaq yaşlandıqca mütəmadi idmanla məşğul olduğunuz üçün özünüzü xoşbəxt hiss edəcəksiniz.

Ümidsiz olma

Xəyalların vacibdir. Verdiyin mübarizəyə dəyəcək. Bu səbəbdən gələcəyə ümidsiz baxmayın.

“Daha sonra” demək “əsla” deməkdir

Etməli olduğunuz işləri ertələməyə çalışsanız, əsla edə bilməyəcəksiniz. Bunun üçün hər işi vaxtında edin.

Person Writing on White Book

Təcrübə və duyğular puldan daha vacibdir

Bank hesabınızda pulunuzun olması əlbəttə gözəl hissdir, ancaq  geriyə dönüb baxdığınızda yaşamağa dair sizi təmin edən şeylərin təcrübələrdən əldə etdiyiniz duyğular və xatirələr olduğunu görəcəksiniz. Vacib də olan bunlardır.

İndidən pul toplamağa başlayın

Yuxarıda qeyd edilənlər xaric pul da vacibdir. Ancaq bahalı bəzəkli aksesuarlar almaq üçün deyil. Gəlirinizin müəyyən qismini mütəmadi olaraq toplayın. Bunu isə özünüzə vərdiş edin. İndi başlayın və gələcək illərdə mənə təşəkkür edəcəksiniz.

Ən şanslı insanlar ən çox çalışanlardır

Həyatda şanslı olmaq sizin dayanaqlılığınıza bağlıdır. Çox çalışsanız şans ayağınıza gələcək.

Dünya ədalətsizliklərlə doludur

Həyatın sizi ən pisinə hazırlandığından əmin olun. Çünki daha betər də ola bilər. Mübarizə aparmağı bilməlisiniz.

Yolunun kəsişdiyi hər insan vacibdir

İnsanlar düşündüyünüz kimi olmaya bilər. Onların həyatlarına və olduqları yerə hörmət edin.

Man and Woman Holding Hands Walking on Seashore during Sunrise

Başlamaq üçün doğru zaman deyə bir şey yoxdur.

Nəisə etmək istəyirsənsə indi başla. İrəliyə doğru kiçik bir addım at. Edə biləcəklərin budur.

Mənfi münasibətlərinizi arxanızda buraxın

Pis gedən münasibətinizi düzəldə bilmirsinizsə yolunuza ayrılaraq davam edin. Amma bunu hörmət çərçivəsində edin.

Xarakterinin zəif tərəflərində ilişib qalma

Hər kəsin zəif cəhətləri var. Özünə bunu etiraf et. Onu idarə etməyin yolunu tap. 

Təhsil məktəb və universitetlə bitməz

Həyat son nəfəsinə qədər öyrənməyə bağlıdır. Elmini artır.

Coffee-filled Cup on Saucer Beside Macbook and Iphone on Desk

Məqsədin üçün vaxt ayır

Hədəfinə çatmaq qulağa xoş gəlir, amma inanın gözləniləndən daha uzun çəkir. Qət etdiyin yolu mənimsə və hədəfin üçün daha da çalış.

Ailə üzvlərin həyatındakı ən vacib adamlardır.

Ailədən icazə almaq asandır. Ancaq yaşlandıqda sənə bu an sahib olduğun həyatı vermək üçün nələr yaşadıqlarını xəyal etdiyində onları bir daha təqdir edəcəksən. Onlara yaxşı davran, onları olduğun kimi qəbul et və onlara hər fürsətdə sevdiyini göstər.

Online sosial şəbəkə dostların əsil dostların deyil 

Bu bir gerçəkdir. Əsil dostluq sən dara düşəndə yanında olandır.

Həyatın çoxdan başladı

Həyatda test üçün şansın yoxdur. Gerçəyi budur. Sən onsuz da oynayırsan. Bunun məsuliyyətini dərk elə. Hər anın daxilində fürsətlər var.

Man Holding Clapper Board

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa