Faktlar

Yapışıq Əkizlər olan Abigail və Brittany haqqında MARAQLI FAKTLAR

Tək yumurta əkizləri yapışıq olaraq doğulduqların da çox uzun yaşayacaqları ehtimal edilmirdi. Lakin həyatın bütün çətinliklərinə baxmayaraq, 27 yaşına gəldilər.

Bu məqalədə maraqlı faktlarla iki bacının təsirli həyat hekayəsini sizinlə paylaşıram.

Bir çox daxili orqanları cütdür

Amerikalı əkizlər, hamiləlikdə bölünmənin reallaşmaması nəticəsində tək bədən olaraq doğuldular. Yenə də ürək, ağciyər, mədə kimi göbəkdən yuxarı orqanları fərqlidir. İki fərqli onurğa, çanaq sümüyündə birləşir. Bacılar yalnız öz tərəflərindəki qolları və ayaqlarını idarə edə bilirlər, digər qol və ayaqları hiss etmirlər. Buna baxmayaraq düzgün bir şəkildə gəzə, maşın belə idarə edə bilirlər.

Televiziya verilişi təqdim etdilər

Əkizlərin 1996-cı ildə bir televiziya proqramında və Life jurnalında “Tək Bədən, İki Ruh” adı ilə iştirak etmələri sayəsində bütün dünyanın diqqətini çəkdilər. 2012-ci ildə 16 yaşında olan əkizlərin artıq “Abigail və Brittany” adlı bir verilişləri var idi. TLC kanalında yayımlanan verilişdə əkizlərin gündəlik həyatları göstərilmişdir. Proqram 8 bölüm davam etdi.

Sürücülük vəsiqələri də var

İştirak etdikləri sürücülük kursunu da müvəffəqiyyətlə tamamlayan bacıların iki ayrı sürücülük vəsiqəsi var. Bunun üçün iki dəfə imtahan veriblər. Ailəsi avtomobil idarə etmələrinə görə narahat olsa da qol və ayaqlarını koordinasiyalı şəkildə uğurla idarə edirlər. Brittany sol tərəfi idarə edərkən, Abigail isə sağ tərəfə nəzarət edir.

Fərqli xarakterlərə sahibdirlər

Digər bütün bacılar kimi onların da fərqli geyim tərzləri var. Abigail canlı rəngləri sevir, Brittany isə daha neytral rənglərə üstünlük verir. Abigail daha çox sosiallaşmağı sevir, Brittany isə evdə kitab oxuyub, filmə baxmağı daha çox sevir. Abigail elmə və riyaziyyata maraqlıdır amma Brittany oxuyub yazmağı daha çox xoşlayır.

Müəllimlik etməyə hazırlaşırlar

Riyaziyyat sevgisi olan əkizlər, cüt sürücülük vəsiqəsinə sahib olsalar da işdə tək maaş alacaqlar.

Ayrılmağı istəmirlər

Həkimlərin yalnız bir neçə saat yaşayacağını dediyi bacılar bu gün 27 yaşındadırlar. Ailəsi əvvəllər ayrılmalarını düşünsə də ciddi ölüm riski səbəbi ilə bu fikirlərindən daşınmışlar. Yalnız uşaqkən Brittany sətəlcəm olub bacısını da yatağa salanda, Abigail ayrılma mövzusunu açmışdır. Brittany isə bu mövzu açılanda ağlayıb, əsla ayrılmaq istəmədiyini demişdir. Bunun ardından Abigail belə bir şeyin əsla olmayacağına dair onu inandırmışdır.

Bu qeyri-adi əkiz bacılar, bir onurğa iliyi, iki ürək, dörd ağciyər, üç böyrək, qismən ortaq sinir sitemi və ortaq bir qan dövranı sisteminə sahibdirlər. Hər 40 mində bir doğuşda yapışıq əkiz olma ehtimalı mövcuddur. Bunlardan isə yalnız 1%-i ilk ildən sonra yaşamağı bacarır. Bu faktor da əkizlərin nə qədər özəl olduqlarını göstərir.

Şəxsi həyatlarında çox böyük çətinliklərə qarşılaşdıqlarını yəqin ki, təxmin edə bilirik. Yolda gedərkən insanların baxışları, sualları əminəm bitmək bilmir. Bir də böyüyərkən qarşılaşdıqları maneələri düşünün. İməkləyərkən, gəzərkən və hətta daha da sadə, alqışlayarkən belə bir-birləri ilə koordinasiyalı işi öyrənmək məcburiyyətində idilər.

Yenə də bütün maneələrə baxmayaraq, bunu necə edəcəklərini qısa zamanda öyrəndilər. İndi birlikdə qaçır, üzür, velosiped sürür və hətta birlikdə kompüterdə yazı yaza bilirlər. Çox vaxt danışmağa biri başlayarkən, cümləni digəri tamamlaya bilir.

Güllü Nağıyeva

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa