Gözəllik

2020-ci ilin gəlinlik trendləri – Nələr dəbdə olacaq?

Gəlinlik modellərinin məşhur dizayneri “Vera Wang”, sadə dizaynlarıyla ovsunlayan “Carolina Herrera”, zərif işləmələri ilə seçilən “Galia Lahav Alegria” və qeyri-adi gəlinlikləri ilə nağıl dünyasına aparan “Viktor & Rolf”… Sadaladığımız hər bir məşhur dizaynerin 2020-ci il üzrə gəlinlik modelləri fərqli tərzlər və fərqli toy konseptleri üçün nəzərdə tutulub.

Bu gün sizlər üçün həmin gəlinlik modellərinin ortaq özəlliklərini və 2020-ci il gəlinlik trendlərinin incə detallarını bölüşəcəyik. Unutmayın ki, bu gəlinlik modelləri ilin ən bəyənilən modelləri olacaq. Birgə nəzər salaq 🙂

Qayıq şəkilli yaxalar

2020-ci ildə tez-tez qarşılaşacağınız bir modellə başlayaq. Meghan Markl-ın krallıq nigahında üstünlük verdiyi qayıq yaxalı gəlinlik modeli həmin dövrdən etibarən dəbə qayıdıb.

Hər geyimdə zərif və təsirli detal olaraq qəbul edilən bu yaxa gəlinliyin də nəcibliyinə çox uyğun gəlir. Gəlinliyində sadəliyə və özünəməxsusluğa üstünlük verənlər üçün bu seçim ən çox bəyənilən modellərdən olacaq.

Öz tərzinizdən asılı olaraq qayıq şəkilli yaxa formalı gəlinlik üçün sadə uzunqollu, düşük çiyinli və ya sinə dekolteli model seçə bilərsiniz. Bu tip gəlinliyi isə qabarıq model ətəkdənsə, sadə balıq ətəkli və ya A biçimli ətək daha çox tamamlayır.

Balık ve Kabarık Gelinlik Modeli

Sadalanan gəlinlik modellərini və onların oxşarlarını tapmaqda çətinlik çəkənlər üçün “Dəniz Wedding” gəlinlik mərkəzini məsləhət görə bilərik. Burada 2020-ci ilin müasir gəlinlik modellərini tapmaq mümkündür. Bəzi nümunələri sizlər üçün topladıq.

 

Sadə gəlinliklərdə böyük lentlər

Bu il lentlər gəlinliklərin əsas aksessuarlarına çevriləcək. Belə ki, sadə gəlinliklərdə ön və arxa hissədə yerləşdirilən müxtəlif ölçülü lentlər modelə ayrı bir rəng qatacaq. Qeyd edək ki, bu lentlər gəlinliyin parçasından asılı olaraq sadə, tül və hətta güpür də ola bilər.

Kürək dekolteli A biçimli gəlinliklərdə lentlərin bel hissədə, qabarıq gəlinliklərdə isə qol nahiyəsində olması daha məqsədəuyğun olacaq. Büyük Kurdeleli 2020 Yılı Gelinlik Modelleri

Güpürlü gəlinliklər

İllərin dəbi – gəlinlik və güpür ikilisi. 2020-ci ilin gəlinlik dəbi yeniliyi sevsə də, güpürün klassikliyi və zərifliyindən üz çevirmir. Çox güman ki, 20 il keçsə də, güpür gəlinliklər başqa forma və tərzlərdə qarşımıza çıxmaqda davam edəcək.

Lakin nəzərinizə çatdıraq ki, bu illər ərzində bəlkə də, ən sevdiyimiz güpür gəlinlik modelləri bu il qarşımıza çıxacaq. Belə ki, bu il güpür dəri kimi bütün bədəni bürüyür və bədənlə bütünləşmiş görüntü yaradaraq dekolteni daha nəzərəçarpan edir.

Bu ilin gəlinlik trendlərində güpürə adətən gəlinliyin üst hissəsində daha çox yer verilir, ətək hissə isə daha sadə formada nəzərdə tutulur.

Arkadan ve Önden 2 Farklı Örnekli 2020 Dantelli Gelinlik Tasarımları

 

 

Yarıqlı gəlinliklər

Kürək və sinə dekoltesi gəlinliklərdə tez-tez rastlaşdığımız dekolte növlərindən birinə çevrilib. Dekolte sevənlər üçün daha bir şad xəbərimiz var: Bu il dərin yarıqlı gəlinliklər trendlərə qoşulur. Bu yarıqlar gəlinliyin modelindən asılı olaraq həm dərin, həm də dizə qədər ola bilər. Bu gəlinlik trendi yenə cəsur gəlinlərin əsas seçiminə çevriləcək.

Həmçinin yarıqlı gəlinlik seçimini edənlər qabarıq gəlinliklərdən üz çevirməli olacaq. Sadəliyi aradan qaldırmaq üçün göstərişli duvaqlar bu gəlinliyi tamamlayan əsas aksessuarlara çevriləcək.

Derin Yırtmaçlı 2020 Gelinlik Tasarımları

 

Qabarıq qol detallı gəlinliklər

Dəb özünü təkrarlayır, keçmiş modellər yenidən dəbə qayıdır. 2020-ci ilin trendləri də bizi bir qədər keçmişə aparacaq. Belə ki, bu il qol detalları göstərişli olan gəlinliklər ön plana çıxacaq. İncə güpürlü dirsəklərə tökülən və ya daha qabarıq və göstərişli forması ilə avanqard görüntü yaradan qol detalları cari ildə dizaynerlərin sevimlisinə çevriləcək.

Daha kiçik çiyin ölçülü xanımlar qabarıq qol detallı gəlinlik modeli seçərək kiçik nöqsanlarını gizlədə biləcəklər.

Gelinliğin Kolunda Tasarım Bulunan 2020 Gelinlik Örnekleri

 

 

Rəngli gəlinlik modeli

Rəngarəngliyi sevənlər üçün bu ilin gəlinlik trendlərində rəngli gəlinliklərə də üstünlük verilir. Hətta bu il yeni model rəngli gəlinlər ağ gəlinlikləri geridə qoyur.

Cəsarətli gəlinlərin seçimi olacaq rəngli gəlinliklərdə əsasən pudra və metal tonlarına üstünlük verilir.

Renkli Gelinlik Modelleri Örnekleri 2020 Gelinlik

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa