Qarderob

2019 ELLE BEYNƏLXALQ GƏLİNLİK  MÜKAFATI QAZANANLAR

Bu il toy mövsümünü diktə edəcək idarə edəcək şəxslər və trendlər bəlli oldu.

1/11 ƏN YAXŞI GƏLİNLİK:

Peter Langnerin 2019 Gəlinlik Kolleksiyasından Janet geyimi

Şərhlər:
ELLE İTALİYA: “Paltarın dizaynı, qiymətli və peşəkarcasına işlənmiş parçaları, romantik  tərzi…”
VALMONT BARSELONA GƏLİNLİK MODA HƏFTƏSİ: “Bu möhtəşəm naxışlı və tüllü couture gəlinlik, dərin v-yaxası ilə qızıl bir model”

2/11 ƏN YAXŞI GƏLİNLİK KOLLEKSİYASI:

Antonio Rivanın Petals Kolleksiyası

ELLE İtaliya: “Haute couture”u ucaldan  kolleksiyanın güclü təsiri, incəlik və harmoniya ilə işləyir. Açıq çəhrayı tonlar bu kolleksiyanı digərlərindən fərqləndirir.”

VALMONT BARCELONA GƏLİNLİK HƏFTƏSİ: “Antonio Riva dəbdəbəli və zamansız kolleksiyalar hazırlayır. Gəlinliklər həcmli görünüşləri ilə saf və zərif görüntü yaradır.”

3/11 ƏN YAXŞI GƏLİNLİK KOLLEKSİYASI

Ellie Saabın Yaz 2019 Gəlinlik Kolleksiyası

ŞƏRHLƏR:
ELLE Koreya: “Klassik bir kral ailesinin toylarından ilham alır. Sadə şahzadə siluetləri, bu gəlinlikləri sadə və möhtəşəm edir.”
ELLE Honqkonq: “Ellie Saab kolleksiyası romantik sehirli və zamansız! Xüsusi olaraq çiçəkli və güpürlü işləmələri möhtəşəmdir”

4/11 ƏN YAXŞI BƏY KOSTYUMLARININ KOLLEKSİYASI:

Tom Fordun Yaz 2019 Kolleksiyası

ŞƏRH:
ELLE İSVEÇ: “Klassik bəy kostyumlarının smoking pencəklərini fərqli modelə çevirir.”

5/11 ƏN YAXŞI TOY ZİNYƏT KOLLEKSİYASI:

Tiffany & Conun, Tiffany True Kolleksiyası

ŞƏRHLƏR:
ELLE AVSTRALİYA: “On il içində Tiffany & Conun ən yeni modelleri tamamilə modern. Barmağın üzərinə oturan və incə bir platin  halqanın üzərinə yerləşdirilən kvadrat/yastıq qarışıq bir kəsim. Üstəlik, Tiffany və Co üçün yeni bir nəfəs olan bu kolleksiya davamlı olaraq istehsal olunacaq.”

ELLE ALMANİYA: “Kolleksiyada möhtəşəm seçimlər var,xüsusi olaraq Tiffany B Blue nişan parçası.”

6/11 ƏN YAXŞI REKLAM KAMPANİYASI:

“Bridal by Stella McCartney” kompaniyası

ŞƏRH:
ELLE AVSTRALİYA: “Modern gəlin üçün hər kəsin bəyənəcəyi bir şey var. Sadələşdirilmiş, həssas və qadına xas. Hər bir geyimin üzərində mavi etiket və üzərində McCartneydən xüsusi bir mesaj var. Kampaniya yeniliklərlə doludur. Stella McCartneydən geyinmək çox gözəl bir hissdi və bir qadın tərəfindən qadınlar üçün hazırlanmış gəlinliklərdi. Şəkillər əziyyətsiz bir dəbdəbəni göstərir. Bu Meghan Markle tərzidi.”

7/11 Ən Yaxşı Balayı Resortu:

Il Pellicano (Porto Ercole, İtaliya)

ELLE AVSTRALİYA: “Otelin tarixi, Toksana sahillərindəki bu romantik tətili daha da rəngləndirir. Nostalji bir İtaliyan  toxunuşları ilə modern bir görüntüyə sahibdir.Üzmək üçün tərtəmiz bir okeanın olduğu yamacda yerləşən bu otelin 2 Michelin ulduzlu bir restoranı var.Yeməklər Toksanadan, sadə və ləzzətlidir.Jurgen Teller, otel üçün şəkillərdən ibarət bir kitab hazırladı.”

8/11 Ən Yaxşı Gəlinlik Dəfiləsi:

Yolancrisin İdentity dəfiləsi

ŞƏRHLƏR:
ELLE İTALİYA: “Bir dəfilədə ola biləcək ən gözəl effektlər şounu daha da rəngarəng edirdi.”
ELLE İSVEÇ: “Ecazkar və əyləncə dolu bu dəfiləni heç vaxt unutmayacağıq.”
VALMONT BARSELONA GƏLİNLİK MODA HƏFTƏSİ: “La Furadels Baus ilə xüsusi bir iş birliyinin nəticəsində şəhər mərkəzində  həyata keçirilən  möhtəşəm bir dəfilə.”

9/11 İLİN GƏLİNLİK İSTEDADI:

Stella McCartney

ŞƏRHLƏR:
ELLE HONGKONG: “Stella McCartney, Meghan Marklen gəlinliyi ilə dünyada hər kəsin  rəğbətini qazandı və ardınca gəlinlik səhnəsində insanlara  sadə,  möhtəşəm ilk gəlinlik  kolleksiyası təqdim olundu.”

10/11 ƏN YAXŞI TOY TƏŞKİLATÇISI: 

Anna Frascisco (İtaliya)

ŞƏRHLƏR:

ELLE İTALİYA: “Annanın yaradıcı,təşəbbüsü və dəvətlərinin beynəlxalq toxunuşları üçün.”
ELLE TÜRKİYƏ: “Bütün paketi təklif edirlər.Gəlinlik stilindən şəxsi markalara qədər.”
VALMONT BARSELONA GƏLİNLİK MODA HƏFTƏSİ: “Anna Franscisco, yüksək standart servisləri, zərafətləri və detallara olan diqqətləri ilə bilinən beynəlxalq bir təşkilatçı.”

11/11 BİR ÖMÜRLÜK MÜVƏFFƏQİYYƏT MÜKAFATI:

Rosa Klara

ŞƏRH
ELLE İTALİYA:” İdarəetmə bacarığı sayəsində…Klassik və sofistik tərzdə olmasına rəğmən, orijinal moda anlayışı üçün…Markanın imicini daima yeniləyə bilmək üçün…”

2019 ELLE BEYNƏLXALQ GƏLİNLİK  MÜKAFATI QAZANANLAR
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa