Gözəllik

2019-2020 Payız/Qış Mövsümünün RƏNG TRENDLƏRİ

Müəllif: Könül Vəliyeva

Hər mövsüm trend olacaq rəngləri açıqlayan dünyanın rəng mütəxəssisi “Pantone” 2019-2020-ci illər üzrə payız/qış rənglərini açıqlayıb.

Belə ki, “Pantone” Rəng İnstitutu tərəfindən təyin olunan son rəng hesabatında mövsümün əsas rəngləri təbii tonlarla bərabər cəsur, cəlbedici və iddialıdır. Siyahıya birgə nəzər salaq.

Chili Pepper – Bibər qırmızısı

Çili bibəri (Chili Pepper, Pantone 19-1557) adlanan bibər qırmızısı rəngi bu mövsüm dəbdə olacaq cəlbedici rənglərdən biridir. İddialı və cəsur görünüş vəd edən bibər qırmızısı rəngi tərzi ilə diqqət çəkməyi sevənlərin rəngi olacaq. Podiumlarda gördüyümüz bu rəngi siz də ətəklərinizdə və bluzlarınızda istifadə edə bilərsiniz.

Fall/ Winter 2019-2020 Color Trends: Chili Pepper Red

Merlot

Merlot (Pantone 19-1534) bu mövsüm soyuq havalara istilik və zəriflik qatacaq başqa bir şərab rəngdir. Tünd qırmızı rəngin bir az qəhvəyi rəng çalarlarında olduğu “Merlot” tonu bu mövsüm palto və qabanlarda daha çox istifadə olunacaq.

Fall/ Winter 2019-2020 Color Trends: Merlot Wine Red

Cranberry 

İngilis dilində “Cranberry” (Pantone 17-1545) adlandırılan bu ton yumşaq qırmızı və çəhrayı rənglərinin qarışığıdır. Bir az da mərcan rəngini xatırladır. Cəlbe dici görünüş vəd edən bu rəng xüsusilə açıq tonlarla mükəmməl kombin yarada bilər.

Fall/ Winter 2019-2020 Color Trends: Cranberry Red

Biking Red – Tünd Bordo

“Biking Red” (Pantone 19-1650) adlandırılan tünd bordo “Merlot”u xatırlatsa da, daha soyuq bir tondur. Qırmızı və qəhvəyinin qarışığı olan rəng xüsusilə 2019-2020 payız/qış podyumlarını ələ keçirib.

Fall/ Winter 2019-2020 Color Trends: Biking Red

Summer Fig

Dilimizə “yay ənciri” olaraq tərcümə olunan “Summer Fig” rəngi parlaq qırmızı tonudur. Bi az narıncı çalarları olan bu rəng günəş enerjisini soyuq günlərə aparacaq. Bu parlaq rəngi ağ və bej kimi tonlarla daha isti havalarda, qara və tünd rənglərlə soyuq günlərdə kombin edə bilərsiniz.

Fall/ Winter 2019-2020 Color Trends: Summer Fig Red

Crabapple

“Yabanı alma” olaraq tərcübə olunan “Crabapple” rəngi çəhrayı və narıncı rənglərinin qarışığıdır. Soft və zərif bir görünüşə sahib olan “Crabapple” rəngi toxunma köynəklərdə, ətəklərdə və paltarlarda bu mövsüm tez-tez qarşımıza çıxacaq.

Fall/ Winter 2019-2020 Color Trends: Crabapple Peachy Pink

Peach Pink – Şaftalı çəhrayısı

“Peach Pink” (Pantone 15-1530) adlandırılan şaftalı çəhrayısı rəngi yumşaq tona malikdir. “Crabapple” rənginə bənzərliyi olan şaftalı çəhrayısı daha soyuq tonu ilə seçilir.

Fall/ Winter 2019-2020 Color Trends: Peach Pink

Orange Tiger – Narıncı Pələng

Əgər enerjili və canlı hiss edirsinizsə, bu ton 2019-2020-ci illərin payız-qış mövsümündə sizin rənginiz olacaq. “Orange Tiger” (Pantone 16-1358) rəngini xüsusilə palto kimi geyimlərdə, çanta, ayaqqabı kimi aksesuarlarda seçərək rəngarəng xarakterinizi əks etdirə bilərsiniz.

Fall/ Winter 2019-2020 Color Trends: Orange Tiger

Hazel – fındıq ağacı

2019-2020-ci illərin payız/qış mövsümündə bir neçə təbii tonla da qarşılaşacağıq. İçərisində bir az şaftalı tonunun da olduğu açıq qəhvəyiyə bənzəyən “Hazel” (Pantone 17-1143) rəngi tam olaraq payızın ruhunu əks etdirir.

Fall/ Winter 2019-2020 Color Trends: Hazel Brown

Green Olive – Yaşıl Zeytun

“Green Olive” yəni yaşıl zeytun rəngi sarı və yaşıl arasında qalan bir rəng tonudur. Bu mövsüm paltarlarda, çantalarda, şalvarlarda, eyni zamanda palto və qaban kimi üst geyim məhsullarında tez-tez qarşılaşacağımız bir rəng olacaq.

Fall/ Winter 2019-2020 Color Trends: Green Olive

Mövsümün trendde olan digər rənglərini qalereyada izləyə bilərsiniz.

Bu slaydşou üçün JavaScript lazımdır.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa