Biznes ledi

2018-in ən zəngin qadınları AÇIQLANDI

Hər il Forbes jurnalı dünya üzrə öz sərvətləri ilə seçilən insanların reytinq cədvəlini açıqlayır. Təsadüfi deyil ki, hər il bu siyahıda qadınların sayı artmaqdadır. Bu yazıda Forbes-in 2018-ci il üçün açıqladığı ən varlı qadınlar haqda məlumat verəcəyik.

Françoise Bettencourt Meyers

Hal-hazırda 65 yaşı olan fransız xanım Meyers dünyaca məhşur L’Oreal şirkətinin idarə heyətinin üzvüdür. Onun varidatı 47,7 milyard dollar olaraq dəyərləndirilir.

Alice Walton

Siyahıda ikinci pillənin sahibi hal-hazırda 41 milyard dollara sahib amerikalı Alice Waltondur. Beləki, Alice Walmart-ın yaradıcısı olmaqla yanaşı Arvest Bankqrupunda maliyyə analitikindən vitse-prezident vəzifəsinə qədər yüksəlməyə nail ola bilib.

Susanne Klatten

Üçüncü yeri  25.1 milyard dollarlıq sərvətlə almaniyalı Susanne tutur. Almaniyada ən varlı, dünyada isə öz sərvətinə görə 38-ci yeri tutan xanım Klatten bir sıra tanınmış şirkətlərdə hissə payına sahibdir. Bunlara  Nordex, BMW və s. kimi şirkətlər daxildir.

Jacqueline Mars

Hal-hazırda 78 yaşı olan amerikalı xanım sahib olduğu Mars şirkətinin sayəsində 23,6 milyard dollarla adını zəngin xanımlar siyahısına daxil edə bilib.

Yang Huiyan

Siyahıdakı xanımlar içində ən gənci yeqin ki, Yang Huiyandır. 37 yaşı olan xanımın hal-hazırda sərvəti təqribən 25 milyard dollar təşkil edir. Xanım Yang “Country Garden Holdings” şirkətinin 70% hissə payına sahib olmaqla yanaşı, Bright Solar Education şirkətinin baş direktorudur.

Nəcibə Yusifova

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa