Məşhurlar

2018-ci ildə ən çox qazanan 10 qadın müğənni

Zəhmətkeş Katy Perry yenə də dünyanın ən effektiv müğənnisi seçilib. Amma o, pul qazanmağı bacaran yeganə qadın müğənni deyil.

Katy Perry 3 il əvvəl, 2015-ci ildə dünyanın ən çox qazanan qadın müğənnilərinin siyahısına başçılıq edib. Həmin il müğənniyyə 135  mln dollar və Forbes jurnalının üz qabığında yer qazandırıb. 2018-ci ildə bu rekordu heç bir dünya pop səhnəsinin ulduzu qırmağa müyəssər olmayıb, Ketti isə yenə illik 83 mln dollar qazanc ilə lider olub. İkinci Pillədə amerikalı ulduz Teylor Svift gəlir. Müğənni 2017-ci ildə ana olduğu üçün bir az səhnədən uzaq düşmüş, lakin 2018-də bu itirilmiş vaxtın əvəzini çıxmış, həyat yoldaşı ilə birlikdə albom buraxmış və konsert turuna çıxmışdır

  1. Katy Perry

Gəlir: $83 milyon dollar

Zəhmətkeş Katy Perry yenə də dünyanın ən effektiv müğənnisi seçilib.

O, bu siyahının ən əməksevər iştirakçısı olaraq, yenidən liderliyə yüksəlib, 2018-ci ildə Katy özünün Witness albomuna dəstək olmaq üçün 80-dən çox konsert keçirib, həmçinin populyar American İdol şousunda hakim olaraq iştirak etməyə də vaxt tapıb. Forbes məlumat verir ki, iştiraka görə onun qonorarı 20 mln dollar olub.

  1. Taylor Swift

Gəlir: $80 milyon dollar

2. Taylor Swift

Bu il xanım Taylor Swift bir pillə irəliləyib və demək olar ki, iki dəfə zənginləşib. Keçən il o, illik 44 mln dollar ilə ən çox qazanan müğənnilərin ilk üçlüyün qapayırdı.2017-ci ilin yayında onun buraxdığı Reputation albomu ilk həftədə 2 mln nüsxədə satılmışdı. İndi Swift alboma dəstək üçün keçirdiyi konsertlərdən qazanır.

  1. Beyonce

Gəlir: $60 milyon dollar

Əkiz övladlarını dünyaya gətirən, pop səhnə kraliçası bu il nisbətən daha sakit bir il keçirib. Amma hələ apreldə o, Kaliforniyada Coachella festivalında uğurla iştirak edib, iyun ayında tarixdə ilk dəfə həyat yoldaşı ilə müştərək şəkildə «Everything Is Love» adlı albomunu buraxıb və indi alboma dəstək üçün konsert turları həyata keçirir.

  1. Pink

Gəlir: $60 milyon dollar

2018-ci ilin yazından etibarən Pink özünün Beautiful Trauma adlı studiya albomuna dəstək üçün dünyanı fırlanır, onun son konserti isə gələn ilin oktyabr ayında Rio-de-Janeyro şəhərində baş tutacaq. Bu isə  deməkdir ki, 2019-cu ildə də Pinkin ən çox qazanan müğənnilərin ilk beşliyində olma ehtimalı yüksəkdir.

  1. Lady Gaga

Gəlir: $50 milyon dollar

Indi Lady Gaga həm də kino ulduzudur, 2018-ci ilin payızında “Ulduz doğuldu” filmi ekrana çıxır, filmdə müğənni Bradley Cooper ilə birlikdə baş rolları ifa edir. Kino çəkilişlərindən əlavə müğənni 66 konsertdə çıxış edib. Həmçinin onun  Versace və MAC ilə reklam müqavilələrindən gəlirləri də az olmayıb. Bundan əlavə müğənninin özünün Fame adlı ətirləri var ki, onların da satışı uğurludur.

  1. Jennifer Lopez

Gəlir: $47 milyon dollar

2018-ci ərzində Jennifer Lopez öz qazancını demək olar ki, 24% artırıb. May ayında Dinero adlı yeni sinql buraxıb, həmçinin Las Vegas şəhərində şəxsi rezidensiya alıb ki, bu da müğənni üçün qazanclı olub, o həmçinin World of Dance. Kimi məşhur TV şoularına prodüserliyi davam etdirir.

  1. Rihanna

Gəlir: $37,5 milyon dollar

Siyahıdakı bir çox müğənnilərdən fərqli olaraq, Rihanna konsert turlarından qazanmır. Onun gəlirlərinin əsas mənbəyi kosmetika şirkətləri ilə imzaladığı əqdlərdir, bunlardan biri isə Fenty Beauty-dır. Həmçinin müğənninin Savage Lingerie adlı alt geyimləri xətti də var. 2016-cı ildən bəro konsert verməməsinə rəğmən o, göz qabağındadır. 2018-ci ildə kirayə şəklində çıxan “Ouşenin 8 rəfiqəsi” filmində o, baş rollardan birini oynayır.

  1. Helene Fischer

Gəlir: $32 milyon dollar

Helene Fischer öz amerikan rəqibləri qədər məşhur olmasa da, zəhmətsevərliyə görə onlardan heç nə ilə geri qalmır. Bu il o, qazanclarının böyük bir hissəsini inanılmaz uğurlu keçən, fenomenal konsert tutunda qazanıb, konsertlərə görə onun qonorarları hər dəfə yeddirəqəmli məbləğlər olub.

  1. Celine Dion

Gəlir: $31 milyon dollar

Əfsanəvi müğənni las Veqas şəhərində konsertlərdə çıxış edir və hər çıxışına görə təxminən yarım  milyon vəsait alır. Yola saldığımız ildə o, həmçinin Avropa səhnələrində də turlar edib.

  1. Britney Spears

Gəlir: $30 milyon dollar

Las Veqas şəhərində verdiyi konsertlərdən savayı, Britney Spears həm də Kenzo, Elizabeth Arden və Pepsi kimi markalar ilə olan reklamlardan qazanır. Gələn ilin fevral aylnda müğənni Veqasda yeni şou yayımlayacaq

2018-ci ildə ən çox qazanan 10 qadın müğənni
Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa