Şəxsi İnkişaf

10 ADDIMDA MÜKƏMMƏL TƏQDİMAT GERÇƏKLƏŞDİRİN

Təqdimatı asanlaşdıran 10 addımı sizinlə paylaşırıq.

Xüsusilə, beynəlxalq iş görüşmələrində  təqdimatın İngilis dilində olmağı mütləqdir. Çünki karyera pillələrini sürətlə addımlamaq və iş təkliflərinin olmağı üçün uğurlu təqdimat və özünü ifadə qabiliyyəti önəmlidir.

Executive English Coaching qurucusu Serra Cremer, beynəlxalq arenada iş imkanı əldə etmək istəyən təşəbbüskar və professionallara İngilis dilində təqdimat texnikalarıyla bağlı öz məsləhətlərini verərək kömək etməyə çalışır. Beləliklə, Cremer İngiliscə təqdimatın detallarını sizlərə açıqlayır:

1. Dinləyiciləri yaxşı araşdırın
Təqdimata başlamadan əvvəl öz dinləyici kütlənizi araşdırın. O gün salona kimlər gələcək? Təqdim edəcəyiniz mövzu barəsində nə qədər məlumatlıdırlar? Təqdimatdan əvvəl bir neçə dəvətli ilə görüşün, fikirlərini öyrənin. Daha sonra mövzunu onların ortaq cəhətlərinə, bu mövzuda olan bilik və maraqlarına uyğun yönləndirin.

2. Dinləyiciləri təqdimatın bir hissəsinə çevirin
Mövzu, məkan və məqsəddən asılı olmayaraq, dinləyicilərin təcrübə və məlumatlarını paylaşacağı bir mühit yaradaraq, interaktiv bir təqdimat keçirə bilərsiniz. Beləliklə, təqdimata müsbət enerjiylə başlayaraq, qarşılıqlı şəkildə öyrədib və öyrənəcəyiniz bir  platforma yaratmış olacaqsınız. Həmçinin, sualların verilməsi sizin təqdimatı daha canlı edər və bununla da izləyicilərin mövzuya nə qədər hakim olduqlarını görəcəksiniz. Əgər təqdimatınız böyük bir salonda olacaqsa, açıq suallar yerinə əl qaldıraraq bəli/xeyr şəklində cavablanacaq suallar ən yaxşı variantdı.

3. Zarafatlar etməyə çalışmayın
Dinləyicinin diqqətini ilk andan etibarən çəkərək, atmosferi daha da yumşaltmaq üçün edəcəyiniz zarafatlar hər zaman uğurlu alınmaz. Bu sizin təqdimatınıza mənfi təsir də göstərə bilər. Güclü bir başlanğıc üçün edəcəyiniz zarafatlar ilk öncə kütləyə uyğun və mövzuyla əlaqəli  olmalıdı. Həmçinin də siz onu özgüvənlə auditoriyaya çatdırmalısınız.

Mükəmməl təqdimat yolunda 10 addım


4. Güclü bir giriş edin
Çıxışınıza güclü bir şəkildə başlamaq üçün təqdimatınızın giriş hissəsində deyəcəklərinizi əzbərləyə bilərsiniz. Beləliklə, məzmuna deyil təqdimat şəklinizə fokslanacaqsınız. Bu müddət ərzində özünüzdən və ya mövzuyla bağlı düşüncələrinizdən bəhs edə bilərsiniz. Daha sonra qısa və mövzuyla bağlı bir hekayə, təəccüblü bir statistika, önəmli sitat və ya dinləyiciləri maraqlandıran suallarla davam ede bilərsiniz. Ancaq təqdimatın məzmununa keçməmişdən öncə, auditoriyanı cəlb etmək, təqdim edəcəyiniz mövzunun predmeti və
məqsədini açıqlamaq, mövzunun strukturunun qısa məzmununu diqqətə çatdırmaq önəmlidir.

5. Sadələşdirin, ümumiləşdirin və bir hekayədə cəmləşdirin
Təqdimatlarınızı “less is more” şüarı ilə hazırlayın. Uzun cümlələr qurmaq əvəzinə fikrinizi qısa və aydın şəkildə çatdırın. Power Point proqramı vasitəsi ilə slaydlar hazırlayarkən darıxdırıcı olmamasına fikir verin. Yalnız tablo və rəqəmlərdən ibarət səhifə qədər sıxıcı bir şey yoxdur. Bir-biri ilə bağlı məlumatları yadda qalacaq görüntülərlə, sadə amma effektiv şəkildə yığın və bir hekayə formasına gətirin. Əmin olun, bu metod daha  effektiv olacaq

6. Adaptasiya olun. Bütün mətni əzbərləməyə çalışmayın. Çünki əzbərdən kənara çıxa bilməsəniz, interaktiv təqdimat etməyiniz mümkün olmayacaq. Buna görə mövzu və məzmun üzərində çalışmağınız yetərlidir. Həmçinin, veriləcək suallara da əvvəlcədən hazırlaşın. Dinləyicinin sual və gözləntilərini qarşılayacaq, həm də dinləyici və salona uyğun təqdimat hazırlamağınız önəmlidir.

7. Dinləyici ilə kontaktda olun
Təqdimat zamanı sizi dinləyən şəxslərlə göz təmasında olun. Həmçinin sizi nə qədər diqqətli dinlədiklərini də görəcəksiniz. Siz təqdimat edərkən onların da nə etdiklərinə fikir verməlisiniz. Əgər mövzuya hakimsinizsə və yetərincə təcrübəniz varsa, bütün bunlar diqqətinizi yayındırmayacaq. Bunun sayəsində, yeri gələndə dinləyicinin nəbzinə görə təqdimatınızda kiçik dəyişikliklər  edərək auditoriyanı daha canlı tutacaqsınız.

Mükəmməl təqdimat yolunda 10 addım


8. Səs tonunuza diqqət edin
Məlumatlı və güclü görünmək üçün səs tonu və duruşunuzu dəyişdirməyin. Çünki təqdimat əsnasında dinləyici ilə dialoq şəklində ünsiyyət qurmağınız ən doğrusudu. Özünüzü çətinə salmayın, maraqsız və monoton tərzdə danışmayın. Həvəsli olduğunuzu göstərin.

9. Güclü bir giriş qədər güclü bir sonluq da önəmlidir
Təqdimatın sonu, eyni zamanda dinləyiciniz və təqdimatınız haqqında müsbət fikirlər yaratmaq üçün son şansınızdır. Yəni, son məqamda dinləyicilərin salondan hansı məlumatlarla ayrılmasını istəyirsinizsə, onu təkrar etməlisiniz. Qısa və güclü bir yekun üçün təqdimatın məqsədindən bəhs edən kiçik bir hekayə və ya  məsləhətlər verə bilərsiniz.

10. Dinləyicilərə xülasə paylayın
Əgər hazırladığınız təqdimat öyrədici və məlumatlandırıcı bir konsepdədirsə, önəmli hissələrin yazıldığı, dinləyicilərin qeydlər aparmasını asanlaşdıran, hazır mətnlər dərc edin. Bu yolla, dinləyicilər öyrəndiklərini asanlıqla qeydə alacaqlar.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa