Həyat tərzi

​«Ledi ol». Sintiya Nikson qadınlara qarşı ziddiyyətli tələbləri tənqid edir

LGBT-nin fəalı və “Böyük şəhərdə seks” serialının aktrisası Sintiya Nikson “Girls.Girls.Girls” feminist jurnalının sürətlə paylaşılan çarxında çəkilib. «Be a Lady» («Ledi ol») adlı videoda Nikson ənənəvi cəmiyyətin qadınlara qarşı olan tələblərindən danışıb.

«Onlar sənə ledi ol, deyirlər. Sənin ətəyin çox qısadır. Sənin köynəyin çox uzundur. Bədənini bu qədər açma. Örtülü geyin. Xəyal etmək üçün yer saxla. Başdan çıxaran olma. Kişilər özlərini idarə edə bilmirlər. Onların tələbatları var. Seksual görün. Çılğın görün. Belə cəlbedici görünmə. Bunu özün istəmişdin. Sən çox bəzənmisən. Yaxşı bəzənməmisən», — o, Kamilla Reynvilin poemasından sitat gətirərək deyir.

Reynvill — Vermont universitetinin tələbəsidir. O, 2017-ci ildə kitabxanada ikən ətrafdakı insanların fikrincə, qadınların nə qədər çox gözləntiləri doğrultmalı olduqlarını və “ledi olmaq” anlayışı altında bir-biri ilə uyuşmayan hansı tezislərin olduğu haqqında mətn yazmışdı. Qız əsərini öz Facebook səhifəsində paylaşmış, dostları isə postu çox bəyənərək onu dərhal paylaşmışdılar. Halbuki mətn Reynvilin müəllifliyi olmadan yayılmışdı. Ona görə də Kamilla poemanı yenidən öz adı ilə nəşr etmək və orijinal mətni saxlamaq üçün xüsusi bloq yaratmağa qərar verib. O vaxtdan bəri bloqda feminist yönlü daha bir neçə mətn meydana çıxıb.

Reynvill «Ledi ol» poemasında xarici görünüş haqqındakı tələblərdən başqa qadının ailədəki rolu və onun analığa münasibəti ilə bağlı sosial stereotipləri də tənqid edib: «Onun paltarını bük. Ona nahar hazırla. Onu xoşbəxt et. Bu, qadın işidir. Sən bir gün yaxşı həyat yoldaşı olacaqsan. Onun soyadını götür. Sən ikili soyad götürmüsən? Dəli feminist qız. Onun üçün uşaq dünyaya gətir. Uşaq istəmirsən? Bir gün istəyəcəksən. Sənin fikrin dəyişəcək».

Videoçarx viktim-bleyminq mövzusunu da qaldırır və bu sözlərlə bitir: «Səni zorlamağa imkan vermə. Çox içki içmə. Tək gəzmə. Çox gec olduqda küçəyə çıxma. Belə geyinmə. Sərxoş olma. Tanımadığın insanlara gülümsəmə. Gecə evdən bayıra çıxma. Heç kimə güvənmə. Hə demə. Yox demə».

Klipin prodüserliyini Rotşteynin özü edib, rejissor kimi isə Fendi və Hugo Boss brendlərinin reklam kampaniyaları üzərindəki işləri ilə məşhur olan Pol Maklini dəvət edilib. Bundan başqa, o, Harper’s Bazaar, Offiсiel və digər məşhur dəb jurnalları üçün də çarx hazırlayıb.

«Böyük şəhərdə seks» serialındakı Miranda Hobbs rolundan sonra məşhurlaşan Sintiya Nikson LGBT–hərəkatını, xüsusən də eyni cinslə nikaha girmək hüququnu fəal dəstəkləyir. Bundan əlavə o, qadın sağlamlığına dəstək kampaniyalarında da iştirak edir. 2018 –ci ildə Nikson Nyu-York qubernatoru postuna öz namizədliyini irəli sürüb. Sintiya namizədliyini Demokratik partiyadan verib və onun aktivist proqramına bərabər təhsil almaq hüququ və redaksiya siyasətini yumşaltmaq haqqında maddələr daxil idi. İndi də Nikson prezident kürsüsü ugrunda mübarizə aparmağa qərar verən Benni Sandersi dəstəkləyir.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa