Məşhurlar

“Ən yaxşı aktrisa” nominasiyasında “Oskar” aldı

ABŞ-ın Los Anceles şəhərində 92-ci “Oskar” kinomükafatlarının təqdimat mərasimi keçirilib.

Gecədə Rene Zellveger “Cudi” filminə görə “Ən yaxşı aktrisa” mükafatını qazanıb. Lora Dörn isə “Marriage Story” filmindəki ikinci dərəcəli roluna görə “Oskar” alıb.

“Coker” filmindəki roluna görə Xoakin Feniks “Ən yaxşı aktyor” nominasiyasında qalib olub, məşhur aktyor Bred Pitt isə “Bir dəfə Hollivudda” filmindəki ikinci roluna görə “Oskar” layiq görülüb.

Image result for oscar 2020 brad pitt huakin pheniks

Qeyd edək ki, “Ən yaxşı film” mükafatına Cənubi Koreyanın “Parazit” filmi layiq görülüb.

Bu film həmin kateqoriyada qalib gələn ilk əcnəbi film olub. Ümumilikdə “Parazit” dörd mükafata sahib olub. Film, həmçinin “Ən yaxşı əcnəbi film” və “Ən yaxşı orijinal ssenari” kateqoriyalarında qalib olub. Filmin rejissoru Pon Jun Ho “Ən yaxşı rejissor” adını qazanıb.

 

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa