Həyat tərzi

Ən çox qazanan qadın idmançılar

İdman sağlamlıqdır. Amma bəziləri üçün idman həm də işdir. Bu yazıda idmana iş kimi yanaşan insanlar haqda məlumat verəcəyik. Siyahıda göstərilənlər Forbes-in açıqlamasına görə ən çox qazanan idmançı xanımlardılar.

Ancelika Kerber – Ümumi gəliri 7 milyon dollar təşkil edir. Ancelikanın digər gəlir mənbəyi reklamlardır. O, Adidas şirkətinin məhsullarının reklamlarında iştirak edir.

Danika Patrik – Gəliri 7.5 milyon dollar təşkil edir. Digər gəlir mənbəyi isə reklamlardır. Əslində bu heç də təsadüfi xarakter daşımır, çünki xanım bir sıra maşın yarışlarında müntəzəm yer almaqdadır. Danika bir sıra jurnalların üz qabığını bəzəməkdədir.

Simona Xale – Ümumi gəliri 7.7 milyon dollar olan Simona yarım milyon dollarını reklamlardan əldə edir. Lakin digərləri ilə müqayisədə Simonanın reklam gəlirləri bir qədər azdır, çünki Adidasla rəsmi müqavilə bağlamayıb. Bunun olma ehtimalı da çox azdır, çünki xanım tennisçi Nike markasına daha çox üstünlük verir.

Puserla Venkata Sindxu – 23 yaşlı badmintonçu xanımın sərvəti 8.5 milyon dollar təşkil edir. Venkata da öz sərvətinin əsas hissəsini sponsor və reklamlar hesabına əldə edib.

Vinus Vilyam – 10.2 milyon dollara sahib tennisçi xanım olduqca tanınır və istər sosial, istər idman karyerasında özünəməxsus yer tutmaqdadır.

10.5 milyon dollara sahib tennisçi Mariya Şarapova son dövrlər dopinq səbəbilə öz məhşurluğunu itirsə də markasını uğurla tanıtmaqda davam edir.

Sloan Stivens də tennisçilər arasında olduqca məşhur biri olmaqla yanaşı sərvətinin dəyəri 11.2 milyon dollar təşkil etməkdədir. 25 yaşlı idmançı Rolex, Nike, Colgate, Mercedes-Benz kimi markalarla çalışmaqdadır.

Karolin Voznyaçki 13 milyon dollarla siyahının öndə gedən idmançılarındandır. Xanım Voznyaçki ilə işləmək istəyən şirkətlərin sayı isə yetərincə çoxdur.

Serena Vilyams 18.1 milyon dollarla siyahının lideridir. Xanım tennisçi demək olar ki, öz sərvətini oynadığı uğurlu oyunlar hesabına əldə edib. Yaxın zamanlarda uşaq sahibi olan Serena qısa zaman öncə yenidən meydana qayıdaraq möhtəşəm oyun nümayiş etdirib.

Şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Başa